İran Məclisinin milli təhlükəsizlik komitəsinin nümayəndəsi Şəhid Rəcai limanında baş verən partlayışın səbəbləri ilə bağlı xarici müdaxilə və ya sabotaj ehtimallarını rədd edib.
Onun sözlərini İran dövlət televiziya və radio şirkəti yayımlayıb.
"Bildiyim qədər, bunun xarici müdaxilənin nəticəsi olduğuna dair heç bir sübut yoxdur. Təxribat və ya xarici agentlərin müdaxiləsi barədə heç bir hesabat görmədim", - deyə o bildirib.
Parlamentari əlavə edib ki, Şəhid Rəcai limanında baş verən yanğının müdafiə sektoru və ya silahlı qüvvələrə də heç bir aidiyyəti yoxdur.
Çərşənbə axşamı iranlı deputat Məhəmməd Mehdi Şəhriyari Şəhid Rəcai limanındakı partlayışın səbəbinin təxribat və ya sabotaj ola biləcəyini ehtimal etmişdi.
Qeyd edək ki, limandakı partlayış nəticəsində 70 nəfər həlak olub.