• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Pezeşkianın Bakı səfəri – normallaşma üçün ilk addım - ŞƏRH

Gündəm / Siyasət

28-04-2025, 17:32

Pezeşkianın Bakı səfəri – normallaşma üçün ilk addım - ŞƏRH


İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

44 günlük Vətən müharibəsindən sonra bu, İran prezidentinin Bakıya ilk səfəridir.

Müharibədən sonra İran hakimiyyətinin yürütdüyü ikitərəfli və regional siyasət səbəbindən tərəflər arasında gərginlik yaranmışdı.

Məsud Pezeşkianın səfəri, ilk növbədə, İslam Respublikasının təqsiri səbəbindən yaranan maneələri aradan qaldırmağa yönələ bilər.

İran hökumətinin başçısı səfər öncəsi Azərbaycan Televiziyasına və İranın İRNA agentliyinə müsahibəsində ikitərəfli əlaqələrin inkişafına dair açıqlama verib. Onun sözlərinə görə, İran və Azərbaycan qonşu olaraq bir-birinə çox kömək edə bilər.

Məsud Pezeşkian ölkələr arasında əməkdaşlıq imkanlarının mövcudluğundan bəhs edərək, sağlam əlaqələrin yaradılması üçün əl-ələ verib əməkdaşlıq etməyin mümkünlüyünü vurğulayıb.

Onun vurğuladığı məsələlərdən biri “o tay, bu tay“ ifadəsidir: “Bu tay, o tay bir-birimizlə qohumuq. Gediş-gəlişlər töhfə verir. Ona görə də bir-birimizin gediş-gəlişimiz üçün yolları açmalıyıq. Bir-birimizə kömək edə, hər iki ölkənin xalqına sakit, yaxşı həyat yarada bilərik”.

Pezeşkian İranın əvvəlki prezidentlərindən fərqli olaraq Azərbaycan Respublikasına münasibətində bir fərd olaraq daha səmimi sayılır. Çünki o, Təbrizdə danışılan dildə Bakıda da danışa bilir. Bunun Pezeşkianın Azərbaycan Prezidenti və başqa rəsmilərlə müzakirələr aparmasına yardım etməsi mümkündür.

İran Prezidenti Bakıya səfərdən əvvəl səhiyyə, müalicə, dərman, tibbi təchizat, sənaye, ticarət sahələrində əməkdaşlıq etmək istədiklərini bildirmişdi. O, mədəniyyət, idman sahələrində də iki ölkə arasında əməkdaşlığın töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Bakıda isə Azərbaycan və İran prezidentləri arasında məhdud və geniş tərkibli görüş keçirilib. Prezidentlər Birgə Bəyanat imzalayıblar. Bundan sonra onların iştirakı ilə iki ölkə arasında bir sıra sahələrə dair sənədlərin imzalanması mərasimi olub.

Görüşdən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev Azərbaycan və İran arasında qarşılıqlı mədəniyyət günləri keçiriləcəyini söyləyərək, iki xalq arasında qonşuluq və mədəni əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Azərbaycanla İran arasında mədəni əlaqələr sahəsində heç vaxt problem olmayıb. Çünki o taydan gələn qonaqlar bu tayda həmişə soydaş və dindaş kimi çox isti qarşılanıb. Bu isə Azərbaycan və İran arasında qarşılıqlı mədəniyyət günləri keçirilməsi məqsədini məntiqi olduğunu bir daha təsdiqləyir.

Pezeşkian İranla Azərbaycan arasında əməkdaşlıq sahələrinin genişliyini söyləyib. İran Azərbaycanla bütün sahələrdə strateji əlaqələrin olması üçün səy göstərəcək. Pezeşkian vurğulayıb ki, Azərbaycanı yad ölkə saymır, burada özünü qərib hesab etmir.

Düzdür, o Tacikistana səfəri zamanı da buna oxşar açıqlama vermişdi. Ancaq Azərbaycan Respublikasına səfər etmiş İran prezidentləri arasında belə səmimi etiraf edən ilk hökumət başçısıdır.

O qeyd edib ki, iki ölkə problemlərini birlikdə, danışıq yolu ilə həll edə bilər. Məsud Pezeşkian bununla da İranla Azərbaycan arasındakı problemə işarə edib: “Bir-birimizin ərazi bütövlüyünə qarşılıqlı hörmətlə region ölkələri olaraq əlaqələri gücləndirə bilərik. Yollar və maliyyə kanalları aça bilərik. Bu yolla bir-birimizə kömək edərik. İstehsalçılarımız birgə çalışa bilərlər. Bizim aramızda başqalarının ixtilaf yaratmasına imkan verməməliyik”.

Bunları İran hakimiyyətinin təklifləri kimi də qiymətləndirmək olar.

Ancaq Prezident İlham Əliyev iki ölkə arasındakı problemi aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumdakı çıxışında açıqlayıb. Prezident 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdan bəhs edərək deyib: “Əlbəttə, biz səfirliyimizə qarşı törədilmiş terror aktı kimi faciəvi hadisələri unuda bilmərik. Ancaq bu, Prezident Pezeşkianın seçilməsindən öncə baş vermişdir. Biz qəti şəkildə əminik ki, bu, Azərbaycana qarşı təşkil edilmiş terror idi. Bu hadisənin şəxsi zəmində baş verməsi kimi iddialar tamamilə əsassızdır”.

Dövlət başçısı vurğulamışdı ki, o vaxtdan iki ildən artıq vaxt keçməsinə baxmayaraq, cinayətkarlar cəzalanmayıb: “Biz orada siyasi sistemin mürəkkəbliyini, icra hakimiyyətinin məhdud imkanlarını anlayırıq. Biz bunları bilirik, ancaq iki ölkə arasında əlaqələrin tam normallaşdırılması üçün bu terror hadisəsini törədən, onu təşkil edən və bu hadisənin arxasında dayanan hər kəs mühakimə edilməli və cəzalandırılmalıdır”.

Bunu Azərbaycan Prezidentinin normallaşma üçün İran hakimiyyəti qarşısında şərt olaraq dəyərləndirmək mümkündür.

Prezident İranın Ermənistanla birlikdə reallaşdırmaq istədiyi “Şimal-Cənub dəhlizi” ideyasına da dolayı yolla münasibət bildirərək, Azərbaycan ərazisindən keçən “Şimal-Cənub nəqliyyat dəhlizi” barəsində belə deyib: “Bu layihədə iştirak edən bütün tərəflər üçün böyük səmərə gətirəcək”. Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu layihə üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirir.

Beləliklə, Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərdə yaranmış gərginliyi aradan qaldırmaq üçün İranın hökumət başçısı səviyyəsində bir addımdır. Bu, İbrahim Rəisinin prezidentliyi dövründə başlamış əlaqələrin genişlənməsi, münasibətlərin normallaşması baxımından mühüm sayıla bilər.

Pezeşkianın yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcəyini deməsi münasibətlərin normallaşacağı istiqamətində Tehranın uyğun addımlar atacağından xəbər verir. “Yaxın gələcəkdə qardaşımın yenidən qonağı olacağam”, - deyə o vurğulayıb.

Bu səfər çoxdan gözlənilirdi. Ancaq müxtəlif hadisələr onun reallaşmasına mane olurdu. Bu dəfə hadisələr müsbət istiqamətdə inkişaf edirdi. İranla Azərbaycan arasında mübahisə yarada biləcək əlavə məsələlər, demək olar ki, iki ölkənin gündəliyində yoxdur. İranla ABŞ arasında artıq üç birbaşa olmayan görüş olub, dördüncünün keçiriləcəyi ilə bağlı razılıq əldə edilib. İsrail də İranın yalnız nüvə məsələsini Tehranla müzakirə etməyə hazır olduğunu bildirir.

Odur ki, İslam Respublikasının Azərbaycana irad tutmaq istəyəcəyi mövzular, demək olar ki, zəifləyib. Bu baxımdan, ikitərəfli münasibətlərin normallaşması üçün optimal şərait yaranıb. Məsud Pezeşkian bu istiqamətdə rəsmi Tehranın ilk addımını atıb. Onu yaxın gələcəkdə yenidən Bakıda qarşılamaq xoş olar.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Dünya

23-04-2025, 16:52

İran Prezidenti: Azərbaycanla əməkdaşlığın inkişafı üçün böyük potensial var

Gündəm / Dünya

13-01-2025, 13:35

İran səfiri Rusiya ilə imzalanacaq strateji sənəddən danışdı

Gündəm / Dünya

11-09-2024, 10:14

Pezeşkian İraqa getdi

Gündəm / Dünya

7-09-2024, 09:30

Putinlə Pezeşkian görüşəcək

Gündəm / Cəmiyyət

28-08-2024, 11:57

İran Prezidenti ilk xarici səfərini İraqa edəcək

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 11:44
    Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub
  • Bu gün, 11:16
    Prezident Mərakeş Kralını təbrik etdi
  • Bu gün, 10:46
    Əhməd Davudoğlu siyasətdən getdi
  • Bu gün, 09:59
    Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü
  • Bu gün, 09:31
    CHP-li bələdiyyə sədri saxlanıldı
  • Bu gün, 09:05
    Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır
  • Bu gün, 08:44
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • Dünən, 18:18
    Magistratura imtahanının nəticələri elan olunub
  • Dünən, 17:44
    Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
  • Dünən, 17:21
    Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH
  • Dünən, 16:50
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • Dünən, 15:37
    Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb
  • Dünən, 15:08
    Zelenski: Trampın xüsusi elçilərinin Ukraynaya səfəri gözlənilir
  • Dünən, 14:51
    Bakıda 92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • Dünən, 13:05
    Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
  • Dünən, 12:13
    Son 12 ildə readmissiya sazişləri çərçivəsində 3990 şəxs Azərbaycana geri qəbul edilib
  • Dünən, 11:38
    "Politico": Zelenski ABŞ-ni Ukraynanın müharibədə qələbə qazana biləcəyinə inandırmağı bacarıb
  • Dünən, 10:17
    Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
  • Dünən, 09:43
    Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi bu gün medallar uğrunda görüşlərə çıxacaqlar
  • Dünən, 09:15
    Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq
  • Dünən, 08:56
    Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
  • 28-07-2026, 19:00
    SEPAH: İran aktivləri hesabına vəsait əldə edən ölkə və şirkətlərin Hörmüz boğazından istifadəsinə icazə verilməyəcək
  • 28-07-2026, 18:30
    Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub
  • 28-07-2026, 18:02
    Şivon Makqarri: Aİ Rusiya LNG-sinin üçüncü ölkələrə daşınmasına müvəqqəti icazə verib
  • 28-07-2026, 17:47
    Tramp İranın Pikaks dağındakı nüvə obyektinin məhv ediləcəyini vəd edir
  • 28-07-2026, 17:13
    Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
  • 28-07-2026, 16:55
    Rusiya Ukrayna müharibəsi dünyanın və regionun arxitekturasını dəyişməkdədir
  • 28-07-2026, 16:23
    Sahibə Qafarova Efiopiyada səfərdədir
  • 28-07-2026, 15:40
    Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH
  • 28-07-2026, 15:06
    Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır
  • 28-07-2026, 14:46
    Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
  • 28-07-2026, 14:18
    Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
  • 28-07-2026, 13:58
    Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
  • 28-07-2026, 13:09
    Deputat Azər Allahverənovla ASAN könüllülərinin görüşü təşkil olunub
  • 28-07-2026, 12:10
    Mer: Türkiyə Akyaka-Gümrü dəmir yolu sahəsinin yenidən qurulmasına başlayıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə