• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Saxta soyqırımı iddiası – çin olmadan qapanan daha bir yuxu kitabı - ŞƏRH

Gündəm / Siyasət

24-04-2025, 15:39

Saxta soyqırımı iddiası – çin olmadan qapanan daha bir yuxu kitabı - ŞƏRH


Tarixi faktları təhrif etmək mümkün deyil. Gec-tez həqiqət aşkarlanır. Necə deyərlər: “Yalan ayaq açar, ancaq yeriməz”. Bir də oğurluğun və ona oxşar əxlaqsız əməllərin 40 gün aşkarlandığını söyləyiblər.

Ermənilərin yüz ildən çoxdur özləri üçün uydurduqları türk düşmənliyi düşüncə sistemi artıq fiaskoya uğrayır. Azərbaycan torpaqlarının Ermənistan işğalçılarından və havadarlarından azad edilməsi ilə bu etnik qrupun “ideoloq”larının uydurduqları təhriflərdən tarix də təmizlənir.

Erməni cəmiyyəti saxtakarlığa və təhriflərə yanaşmaya görə bölünüb. Kilsə, rusiyayönlü müxalifət başda olmaqla bir qrup hələ də xülyaları, yalan və saxtakarlıqları müdafiə edir.

Hakimiyyət, hökumət başda olmaqla o bir qisim isə daha realist olmağa səy edir, erməni cəmiyyətinə sırınan ideologiyadan imtina etməyə səy göstərir. Bu barədə açıqlamalar verirlər.

Aprelin 24-də Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan, parlament sədri Alen Simoyanla yanaşı hökumət və parlament üzvləri məlum kompleksi ziyarət ediblər.

Nikol Paşinyan saxta tarixlə bağlı müraciətində bildirib ki, həmin “günü anmağın yeganə yolu” dövlət və onun maraqları, beynəlxalq səviyyədə tanınmış ərazisi olan Ermənistan, qonşularla qurulmuş münasibətlər, açıq sərhədlər, sülh, azad və qorunan vətəndaşlardır: “Yalnız bu, faciənin ağrısını yaşamağa kömək edəcək”. Paşinyan bu günü “faciə” adlandırmaqla hadisəyə baxışı və ifadəni dəyişməyə çalışıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə il əvvəl aprelin 24-ü ilə bağlı açıqlamasında bildirmişdi ki, Osmanlı İmperiyasının son illərində din və etnik mənsubiyyətindən asılı olmayaraq, türk, kürd, ərəb, erməni və digər milyonlarla vətəndaşı üçün çətin bir dövr olduğu inkar edilə bilməz: “Eyni dövrdə bənzər şəraitdə həyatını itirən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün Osmanlı vətəndaşlarını da rəhmət və hörmətlə anırıq”.

Bu, Türkiyə Prezidentinin bu hadisələrə etnik, dini don geyindirənlərə, onu təhrif edənlərə, ermənilərə reallığı əks etdirən bir ismarış idi.

Onun müraciətindən təxminən 10 il keçəndən sonra Paşinyan bu tarixi “faciə” adlandırır.

Alen Simonyan isə bu günlə bağlı belə deyib ki, onların əsas işi keçmişdən nəticə çıxararaq güclü, sülhsevər Ermənistan qurmaqdan ibarətdir: “Biz baş verənləri unutmuruq, bununla yanaşı yaddaşın yalnız ağrı və kədər mənbəyi olmasını da istəmirik”.

Ermənistan rəhbərlərinin bu açıqlamaları yeni reallığa hesablanan, ənənəvi düşmənlikdən imtina etməyə cəhd kimi də dəyərləndirilə bilər.

Kilsə və müxalifət sayılan rusiyayönlü müxalifət hakimiyyəti tənqid edərək, onu Türkiyə və Azərbaycana “yarınmaqda” ittiham ediblər.

Kilsə dünya ermənilərini dindən, imandan, insanları sevməkdən uzaq salan, yalan, saxta fikirləri onların düşüncələrinə yeridən bir mənbədir.

Ermənilərin katolikosu II Qaregin xatirə kompleksində jurnalistlərə açıqlamasında deyib: “110 illik faciənin ildönümündə biz Arsax (Qarabağ demək istəyib-red.) ermənilərə qarşı soyqırımı hərəkətlərini də xatırlayırıq”. Bu yerdə bir atalar sözünü yada salmağa ehtiyac var: “Soruşdular: “Ağıllınız kimdir?” dedi: “Qabaqdakı zəncirli”.

Yalan, saxta, xülya zəncirindən qurtula bilməyən baş keşiş mənsub olduğu erməni ictimaiyyətini düşmənliyə, qaranlığa, dalana aparır. Hadisələr kilsəni dəyişə bilmir. Bu, bütpərəstlərin heykəllər uğrunda davasını da xatırladır.

Aprelin 23-də ermənilərin xatirə kompleksində ənənəvi məşəl yürüşü keçirilib. İştirakçılar Azərbaycan və Türkiyənin dövlət bayraqlarını yandırıblar. Nikol Paşinyan bunu “təxribat” adlandıraraq pisləyib: “Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə qonşu dövlətlərin bayraqlarının yandırılması başqa cür qiymətləndirilə bilməz. Bu, təxribatçı və qızışdırıcı bir aktdır”.

Hətta Azərbaycan torpaqlarının işğalında fəallıq göstərmiş, 1999-cu il oktyabrın 27-də parlamentə terror hücumu nəticəsində ölmüş baş nazr Vazgen Sarkisyanın qardaşı, Respublika Partiyasının sədri Aram Sarkisyan da bayraqların yandırılmasını bəyənməyib: “Mən özünü təsdiqləmək və cəsarət nümayiş etdirmək məqsədilə başqalarının bayraqlarının yandırılmasına qəti şəkildə qarşıyam”.

Kilsə və müxalifətin Ermənistan konstitusiyasnın dəyişdirilməsinə qarşı çıxması, saxta soyqırımı iddiasını təbliğ, müdafiə etməsi bu təbəqənin ideoloji cəhətdən yoxsulluğunun göstəricisidir. Rusiyayönlü revanşist bu qüvvələr Ermənistan üçün yaranmış yeni şəraiti dəyərləndirə, qəbul edə bilmirlər. Belə görünür, onlara bu səhnədə yer nəzərdə tutulmayıb. Bu səbəbdən xülyalar, yalanlar dünyasında ilişib qalıblar.

Nikol Paşinyan bütün düz, əyri, yalan, saxta, avantüristliyi ilə yanaşı mənsub olduğu etnosun vəziyyətini daha doğru qiymətləndirə bilir. Bunun üçün Ermənistan cəmiyyətindəki ideoloji boşluğu ardan qaldırmaq üçün “Real Ermənistan” konsepsiyasını irəli sürüb. Baş naziri bununla öz cəmiyyətinə, mənsub olduğu etnik qrupa yeni Ermənistan təqdim edir. Bu, düşüncə sistemi ilə saxta soyqırımı iddiası antaqonistdir. Ona görə onların düşüncə sisteminin inqilabi səviyyədə dəyişməsi erməni cəmiyyətinə fayda verər. Əks halda, erməni cəmiyyətinin yeni dünya nizamına uyğunlaşması çətin olacaq.

“Soyqırımı” məsələsinin beynəlxalq səviyyədə tanınması rəsmi İrəvanın xarici siyasətinin prioriteti sırasına artıq daxil edilmir. Ermənistan buna alternativ olaraq qonşularla münasibətləri normalaşdırmaq niyyətində olan kimi özünü göstərir.

Odur ki, ermənilər üçün “Miatsum”, “Böyük Ermənistan” yuxuları kimi “soyqırımı” iddiası ilə dolu kitab da bağlanır.

Bir də bu “ideya”nı Ermənistanda 1965-ci ildən qeyd etməyə başlayıblar. Yəni yarım əsrdən sonra belə bir hadisənin “baş verməsinin” yada düşməsi də oyunbazlıqdır. Bu ovaxtkı Fransa və SSRİ-nin Türkiyəyə qarşı birgə təzyiq planı sayılırdı. Təbliğatçılar və havadarların (Uruqvay (1965-ci ildə tanıyan ilk ölkə), yunan Kipri, Rusiya, Yunanıstan, Kanada, Livan, Belçika, Fransa, Paraqvay, Argentina, İsveç, Boliviya, Böyük Britaniya, Niderland, Slovakiya, Almaniya, Litva, Venesuela, Polşa, Çili, İsveçrə, Braziliya, Lüksemburq, Avstriya, Vatikan, Çexiya, Danimarka, Portuqaliya, həmçinin Liviyanın müvəqqəti hökuməti, ABŞ-nin bəzi ştatları, Bəşşar Əsəd Suriyası, Avropa Parlamenti tanıyıb) bu yalanı yeritmələri isə mümkün olmadı. Paşinyan belə bu iddiadan əl çəkir.

İndi yeni şəraitdə Ermənistan dövlətinin Azərbaycan torpaqlarını işğal etdiyi, Qərbi azərbaycanlıları öz yurdlarından qovduğu dövrdə törətdikləri cinayətlərə, vəhşiliklərə görə azərbaycanlılardan, zərərçəkənlərdən, dövlətdən üzr istəməsi zamanıdır. Bu ermənilərə və Ermənistana etimad yaradar. Paşinyanın “Real Ermənistan” ideoloji sistemində tolerantlıq əsas xətlərdən biridir. Üç yüz minə yaxın Qərbi azərbaycanlının güc yolu ilə məhrum edildikləri vətəndaşlıq hüquqlarının bərpası isə yeni dövlətin yaranması üçün bir təkan olar. Odur ki, erməni cəmiyyəti saxta soyqırımından imtina etməklə real Ermənistana yol açır...(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Dünya

25-01-2025, 14:08

Paşinyan: "Soyqırımı"nın gündəmə haradan düşdüyünü anlamaq lazımdır

Gündəm / Siyasət

7-01-2025, 14:13

Paşinyanın arzusu “Ermənistan tarixi” – erməni cəmiyyətinin faşizmdən xilası - ŞƏRH

Gündəm / Siyasət

24-06-2024, 17:17

Ermənistanın qurtuluşunun real yolları - ANALİZ

Gündəm / Siyasət

6-06-2024, 16:21

Tərk-silah edilən diaspora, kilsə və lobbi: Ermənistanın əsas problemi - TƏHLİL

Gündəm / Cəmiyyət

10-04-2024, 10:27

“Elə üz qoymayıb ki, onu Bakıya dəvət edim”

Araşdırma
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Keçmiş deputat HƏBS EDİLDİ
Kəskin hava şəraiti ilə bağlı çağırış edildi
Hərbi
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:00
    İmamoğluya bu işdə bəraət verildi
  • Bu gün, 17:45
    Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib - SƏRƏNCAM
  • Bu gün, 16:35
    Milli Məclisin növbəti iclasının tarixi məlum olub
  • Bu gün, 16:17
    Müəllimlərin maaşının artırılması üçün təkliflər təqdim edəcəyik
  • Bu gün, 16:00
    Nazir müavini MİQ müsabiqəsində iştirakın niyə ödənişli olduğunu açıqlayıb
  • Bu gün, 15:40
    Pakistanda son 24 saat ərzində ikinci partlayış baş verib, ölənlər var
  • Bu gün, 15:18
    Ermənistan vətəndaşlarının məhkəməsində Xocalı soyqırımında zərərçəkmişin ifadəsi elan edilib
  • Bu gün, 14:59
    Şuşanın ECO-nun turizm paytaxtı elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib
  • Bu gün, 14:42
    Putin Prezident İlham Əliyevə zəng edib
  • Bu gün, 13:06
    Yardımlıda avtomobil yolunun təmirinə 2 milyon manat ayrılıb
  • Bu gün, 12:43
    Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılır
  • Bu gün, 12:24
    Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini müəyyənləşdirmək üçün yeni qaydalar hazırlanıb
  • Bu gün, 12:06
    Ali Məhkəməyə yeni hakimlər təyin edilib
  • Bu gün, 11:27
    Sahibə Qafarova Cenevrədə Alen Simonyanla görüşündən danışıb
  • Bu gün, 11:11
    Əkrəm İmamoğlu barəsində casusluq ittihamı ilə istintaq başladılıb - YENİLƏNİB
  • Bu gün, 10:36
    "Euronews": Azərbaycan aktiv şəkildə urbanizasiya siyasətini həyata keçirir
  • Bu gün, 10:20
    Sumqayıt, Xırdalan və Masazırdan Bakıya gələn avtobuslar üçün xüsusi hərəkət zolağı yaradılıb
  • Bu gün, 09:55
    Qızıl və gümüşün qiyməti azalıb
  • Bu gün, 09:25
    Azərbaycan Premyer Liqasında IX tura iki oyunla start verilir
  • Bu gün, 09:04
    Deputatlar bu gün toplaşır - Gündəlikdə 17 məsələ var
  • Bu gün, 08:55
    KİV: Azərbaycanın qlobal nüfuzu artır, Bakı ABŞ-nin Yaxın Şərqdəki səylərində rol oynayır
  • Dünən, 18:48
    Bağçalarda tərbiyəçilərin işə qəbulu üzrə test imtahanı başa çatıb
  • Dünən, 18:37
    Orban: Ukraynanı tərəfdaş kimi görmək istəyirik, Aİ üzvü kimi yox
  • Dünən, 18:29
    Koçaryan–Sarkisyan cütlüyünün son oyunu: revanşistlərin sülhə qarşı dirənişi – TƏHLİL
  • Dünən, 18:13
    İlk dəfə bağça müdirlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək
  • Dünən, 18:03
    Sabah 2 rayonun qazı KƏSİLƏCƏK
  • Dünən, 17:43
    Daha bir QHT təmsilçisinin məhkəməsi başlayıb
  • Dünən, 17:33
    Şəkər xəstəliyi xərclərini sığorta qarşılyacaq
  • Dünən, 16:47
    Tramp xəbərdarlıq edib: ABŞ İsrailə İordan çayının qərb sahilini ilhaq etməyə icazə verməyəcək
  • Dünən, 16:34
    2026-cı ildə Milli Məclisdəki partiyalara nə qədər vəsait ayrılacaq? - AÇIQLANDI
  • Dünən, 16:14
    Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
  • Dünən, 15:55
    Gələn il sertifikasiyadan keçən müəllimlərə 212,8 milyon manat AYRILACAQ
  • Dünən, 15:36
    Xaçmazda avtomobildə doğuş olub, körpə ölüb
  • Dünən, 13:27
    Gələn ay 12 gün iş olmayacaq - TƏQVİM
  • Dünən, 12:55
    Beynəlxalq səyyahlar Füzuliyə səfər edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə