• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Cəmiyyət

8-08-2026, 10:02

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!


Prezident İlham Əliyevin ABŞ-yə ötən il avqustun 8-9-da gerçəkləşən tarixi səfərinin ildönümüdür. Həmin səfər çərçivəsində qəbul edilən qərarlar, imzalanan Birgə Bəyannamə və aparılan danışıqlar regionda yeni siyasi və iqtisadi reallıqların formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, XXI əsrin geosiyasi reallıqları beynəlxalq münasibətlər sistemində yeni siyasi konfiqurasiyanın formalaşmasına səbəb olur. Böyük güclər arasında rəqabətin artdığı, regional təhlükəsizlik mənzərəsinin yenidən qurulduğu bir dövrdə Cənubi Qafqaz da qlobal siyasi gündəliyin mühüm istiqamətlərindən birinə çevrilib. Belə mürəkkəb şəraitdə Azərbaycanın həyata keçirdiyi müstəqil və balanslı xarici siyasət ölkəni regionun əsas geosiyasi güclərindən biri kimi möhkəmləndirib.

Son illərin siyasi prosesləri göstərir ki, Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi təsadüfi deyil. Bu, Prezident İlham Əliyevin uzunmüddətli strateji baxışa əsaslanan, milli maraqları prioritet hesab edən və dəyişən beynəlxalq şəraitə çevik uyğunlaşan siyasətinin nəticəsidir. ABŞ ilə münasibətlərdə müşahidə olunan yeni dinamika, eyni zamanda Azərbaycan-Ermənistan sülh gündəliyinin irəliləməsi də məhz bu siyasi xəttin məntiqi davamı kimi qiymətləndirilir.

ABŞ-Azərbaycan münasibətlərinin transformasiyası: yeni geosiyasi reallığın diktə etdiyi dəyişiklik

Azərbaycan ilə ABŞ arasında münasibətlər müxtəlif mərhələlərdən keçib. Xüsusilə enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və regional sabitlik istiqamətlərində uzun illər formalaşmış əməkdaşlıq müəyyən dövrlərdə ABŞ-dən qaynaqlanan siyasi gərginliklə də müşayiət olunub.

Xüsusən Bayden administrasiyası dövründə Vaşinqtonun Cənubi Qafqaz və bölgənin lideri Azərbaycana qarşı tutduğu reallıqdan uzaq mövqe həmin dövrə kimi ikitərəfli münasibətlərdə əldə olunmuş nəticələrə ciddi zərbə vurdu. Sirr deyil ki, Bayden senator olanda belə Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olmuş, prezident seçildikdən sonra isə onun administrasiyasının regionla bağlı baxışı parçalanma, münaqişələr, qarşıdurmalar çərçivəsində qurulmuşdur. Uzun dövr ərzində regionda ədalətə və sülhə nail olunmamasının əsas səbəblərindən biri də məhz bu amildən qaynaqlanıb. Sözün hər iki mənasında “yuxu rejimində” faəliyyət göstərməsi ilə yadda qalan Bayden Administrasiyası Azərbaycanın regionda aparıcı dövlət olmasını, onun potensialını düzgün qiymətləndirməmiş və ardıcıl şəkildə Azərbaycanla əlaqələri pozmaq xəttinə, obrazlı desək, yüksək sədaqət göstərmişdir.

Lakin beynəlxalq siyasətdə dəyişməyən maraqlar mövcuddur. Məhz buna görə ABŞ-də siyasi kursun dəyişməsi ilə Vaşinqtonun Cənubi Qafqaza baxışında da yeni tendensiyalar meydana çıxmağa başladı. Azərbaycanın enerji, logistika və regional təhlükəsizlik baxımından artan əhəmiyyəti ABŞ üçün daha praqmatik yanaşmanı zəruri etdi.

Əlbəttə, bu transformasiyanın əsas səbəbi yalnız ABŞ siyasətində baş verən dəyişiklik deyil. Azərbaycanın son illərdə qazandığı siyasi, iqtisadi və hərbi üstünlük beynəlxalq aktorların da regiona münasibətini yenidən formalaşdırıb.

Prezident İlham Əliyevin diplomatik strategiyası:

Milli maraqlar dəyişməyən prioritet kimi

Azərbaycanın xarici siyasətində əsas fərqləndirici xüsusiyyət qərarların milli maraqlar əsasında qəbul edilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət hər hansı geosiyasi mərkəzdən asılı olmayan, çoxşaxəli əməkdaşlıq modelinə əsaslanır.

Bu model Azərbaycanın həm Qərb dövlətləri, həm Türkiyə, həm Mərkəzi Asiya ölkələri, həm də digər regional aktorlarla əməkdaşlığını paralel şəkildə inkişaf etdirməsinə imkan verib.

Prezident İlham Əliyevin siyasi fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri prinsipial mövqedən geri çəkilməməsidir. Qarabağ məsələsində olduğu kimi, beynəlxalq münasibətlər sistemində də Azərbaycanın milli maraqları dövlət siyasətinin əsas istiqamətini təşkil edib.

Son nəticədə beynəlxalq tərəfdaşlar da regionun yeni reallığını qəbul etməyə məcbur olublar. “Tarixi hadisələri zaman yaradır, tarixi dönüşləri isə liderlər” tezisi ölkəmizin timsalında öz təsdiqini bir daha tapıb.

Vurğulamaq lazımdır ki, Ermənistan hazırda özünü sülh tərəfdarı kimi təqdim etsə də, tarixi proseslər bu yanaşmanın fərqli olduğunu göstərir. 2020-ci ildən əvvəl Ermənistanın işğalı genişləndirmək planları, müharibə dövründə Ermənistan ordusunun Azərbaycanın dinc şəhərlərini raket atəşinə tutması, 44 günlük müharibədən sonra revanşist planların davam etdirilməsi və 2023-cü ildə keçirilən antiterror əməliyyatından sonra yeni reallıqların qəbul edilməsi Azərbaycanın qətiyyətli siyasətinin nəticəsi kimi qiymətləndirilir.

Ermənistanın sülh prosesinə real şəkildə yönəlməsi məhz Azərbaycanın ardıcıl siyasəti və yaratdığı yeni regional reallıqlar fonunda mümkün olub. Buna görə də Azərbaycan həm qalib ölkədir, həm də regionda sülh gündəliyinin formalaşmasında əsas rol oynayan dövlətdir.

Ermənistanın qarşısında hazırda tarixi seçim dayanır. Artıq növbəti addımların məsuliyyəti İrəvanın üzərinə düşür. Top Ermənistanın tərəfindədir: ölkə konstitusiyasını dəyişmək, revanşist yanaşmalardan imtina etmək, regionda sülhə mane olan siyasi mirasla bağlı qərar vermək və yeni reallıqları qəbul etmək məcburiyyətindədir.

Azərbaycan üçün əsas məsələ ondan ibarətdir ki, sülh prosesi qarşılıqlı öhdəliklər və real addımlar üzərində qurulmalıdır. Çünki tarix göstərir ki, vaxtında görülməyən işlər sonradan daha mürəkkəb nəticələr yarada bilər. Azərbaycan xalqının ifadəsi ilə desək, “qalan işə həmişə qar yağar”.

Müharibədən sülhə: Azərbaycanın müəyyən etdiyi gündəlik

2020-ci il Vətən müharibəsi regionun siyasi xəritəsini dəyişdirdi. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə yanaşı, münaqişədən sonrakı dövrün siyasi gündəliyini də formalaşdırdı.

Henri Kissincer deyirdi ki, “Diplomatiya müharibədə qazanılanı sülhdə qorumaq sənətidir”. Bu baxımdan müharibədən dərhal sonra Prezident İlham Əliyev regionda uzunmüddətli sülhün təmin olunması üçün prinsipial təkliflərlə çıxış etdi.

Azərbaycan həm də sülh müqaviləsində nəzərdə tutulan 5 prinsipin müəllifidir. Ölkəmizin irəli sürdüyü qarşılıqlı suverenliyin tanınması, sərhədlərin toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyünə hörmət kimi prinsiplər sülh prosesinin əsas istiqamətini müəyyənləşdirdi. Bu baxımdan Azərbaycanın yalnız hərbi qələbə qazanan dövlət deyil, həm də sülh gündəliyinin müəllifi kimi çıxış etməsi diqqət çəkir.

Ermənistan uzun müddət müxtəlif səbəblərlə bu prosesi ləngitməyə çalışsa da, bölgədə yaranmış yeni siyasi reallıq, Azərbaycanın iqtisadi və hərbi üstünlüyü, eləcə də beynəlxalq mühitin dəyişməsi nəticəsində sülh danışıqları praktik və sürətli mərhələyə daxil oldu. Bir faktı unutmayaq ki, ikinci dünya müharibəsi 1945-ci ildə başa çatsa da, Almaniya ilə Fransa arasında sülh müqaviləsi yalnız 1963-cü ildə Yelisey razılaşmaları ilə təsdiqləndi. Və tarixdə belə uzun çəkən sülhlər də az olmayıb. Bu mənada, Azərbaycan dünyaya sürətli və bitirici müharibə ilə yanaşı, həm də sürətli sülh modeli təqdim etdi.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, regionun gələcəyi qarşıdurmadan deyil, əməkdaşlıqdan keçir. Bu yanaşma artıq beynəlxalq platformalarda da daha geniş qəbul edilməyə başlayıb.

Xüsusi vurğulamalıyıq ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin bu il fevralın 10-da Bakıya səfəri və Prezident İlham Əliyevlə görüşü regional sülh və təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyıb. Tərəflər ikitərəfli əlaqələri gücləndirən “Strateji Tərəfdaşlıq haqqında Xartiya”nı imzalayıblar. Bu sənəd də iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərən mühüm amillərdən biridir.

Regional liderlik və balanslı xarici siyasət

Son illərdə beynəlxalq sistemdə eyni vaxtda bir neçə böhran yaşanır. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən qarşıdurmalar, İran ətrafında artan gərginlik və qlobal enerji təhlükəsizliyi məsələləri dövlətlər qarşısında yeni çağırışlar yaradıb. Azərbaycan isə bu mürəkkəb şəraitdə balanslı xarici siyasət kursunu qoruyub saxlayıb. Bakı nə geosiyasi bloklaşmalara qoşulub, nə də milli maraqlarını kənar təsirlər qarşısında güzəştə gedib. Əksinə, müxtəlif siyasi mərkəzlərlə dialoqu davam etdirərək etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib.

Bu siyasətin nəticəsidir ki, Azərbaycan həm enerji təhlükəsizliyində, həm beynəlxalq nəqliyyat marşrutlarında, həm də regional diplomatiyada əsas aktorlardan birinə çevrilib. Orta Dəhlizin inkişafı, Şərq-Qərb bağlantıları və TRIPP layihəsi-Zəngəzur dəhlizi fonunda Cənubi Qafqazın kommunikasiya imkanları ölkənin geosiyasi əhəmiyyətini daha da artırır.

Yeni mərhələnin siyasi memarlığı

Müasir beynəlxalq münasibətlər sistemində güclü dövlət yalnız hərbi və iqtisadi potensialı ilə deyil, siyasi təşəbbüsləri ilə də seçilir. Azərbaycanın son illərdə nümayiş etdirdiyi diplomatik fəallıq göstərir ki, ölkə artıq regional proseslərin sadəcə iştirakçısı deyil, onların formalaşmasına təsir edən əsas aktorlardan biridir.

ABŞ ilə münasibətlərdə müşahidə olunan yeni dinamika, regionda sülh təşəbbüslərinin irəliləməsi və Azərbaycanın beynəlxalq nüfuzunun artması eyni strateji xəttin tərkib hissələri kimi görünür.

Bu proseslərin mərkəzində isə Prezident İlham Əliyevin milli maraqlara söykənən, praqmatik və ardıcıl siyasi kursu dayanır. Məhz bu siyasət Azərbaycanın müharibədən sonra yaranmış yeni geosiyasi reallıqları öz maraqlarına uyğun idarə etməsinə, regionda sabitlik gündəliyinin formalaşmasında fəal rol oynamasına və beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirməsinə şərait yaradıb.(Qafqazinfo)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 17:21
    Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
  • Dünən, 16:18
    "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
  • Dünən, 15:36
    Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib
  • Dünən, 15:01
    Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir"
  • Dünən, 13:50
    Ukrayna ordusu Rusiyada iki neft emalı zavodunu vurub
  • Dünən, 13:23
    Xocavəndin mərd oğlu
  • Dünən, 12:51
    İlham Əliyev: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
  • Dünən, 12:31
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 12:00
    Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
  • Dünən, 10:58
    Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib
  • Dünən, 10:41
    Azərbaycan XİN Malini təbrik edib
  • Dünən, 10:14
    Azərbaycan neftinin qiyməti 117 dollardan aşağı düşüb
  • Dünən, 08:44
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 21-09-2026, 19:24
    Xəzər dənizində zəlzələ olub
  • 21-09-2026, 18:38
    Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • 21-09-2026, 17:42
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • 21-09-2026, 15:30
    Torpağın Qoruyucusu, Xalqın Dayağı
  • 21-09-2026, 14:27
    "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
  • 21-09-2026, 13:33
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • 21-09-2026, 12:27
    Pensiyalar sabah tam ödəniləcək
  • 21-09-2026, 11:51
    İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
  • 21-09-2026, 11:17
    AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar "Şamaxinka"da dayanmayacaq
  • 21-09-2026, 10:27
    Milli Məclisdə Azərbaycan dilinə və rəqəmsal suverenliyin qorunmasına dair dinləmələr keçiriləcək
  • 21-09-2026, 09:24
    Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Argentina və Qazaxıstanla qarşılaşacaq
  • 21-09-2026, 08:52
    Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • 20-09-2026, 14:00
    Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb
  • 20-09-2026, 13:00
    Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb
  • 20-09-2026, 12:30
    "Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb
  • 20-09-2026, 12:00
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • 20-09-2026, 11:00
    Donald Tramp vaxtından əvvəl Vaşinqtona qayıdıb
  • 20-09-2026, 10:30
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • 20-09-2026, 10:00
    NYT: Qayana neft bazarında mövqelərini möhkəmləndirib
  • 19-09-2026, 17:11
    23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH
  • 19-09-2026, 15:37
    Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM
  • 19-09-2026, 14:35
    İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə