İyunun 7-də "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin bir qrup fəalının iştirakı ilə yığıncaq keçirildi. Yığıncağı Birliyin sədri, jurnalist Şamil Sabiroğlu açdı.O, Təşkilat fəallarını salamladı. Bildirdi ki, işğal edilən ərazilərin düşmən tapdağından azad edilməsi, Qarabağda aparılan tikinti-quruculuq işləri əhali arasında böyük ruh yüksəkliyi yaratmışdır. İctimai Təşkilat olaraq biz də qayıdış prosesində Dövlətimizə dəstək olmağa çalışırıq.
Təşkilatın sədr müavini, Azərbaycan Respublikasının Əməkdar həkimi Taryel Eyvazov, Birliyin İdarə Heyətinin üzvləri-Cavanşir Rzazadə, Elnur Abasov, Təşkilatın Mil-Muğan Regional şöbəsinin sədri Nizami Gülmalıyev, Birliyin Ağsaqqallar Şurasının sədr müavini Çingiz Bayramov, 44gunsavash.az saytının baş redaktoru, yazıçı-publisist Mövsümağa Ədalətoğlu, ictimai fəallar - Raziyə Eyyubova, Aynurə Adıgözəl qızı və başqaları maraqlı təkliflər irəli sürdülər.
Birliyin sədri Ş.Sabiroğlu yığıncağı yekunlaşdırdı.
Mövsümağa Ədalətoğlu,
yazıçı-publisist.