• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

28 May – Milli İradənin Zəfər Tarixi

Cəmiyyət

28-05-2026, 12:29

Xalqların tarixində elə dönüş nöqtələri olur ki, həmin günlər təkcə müəyyən siyasi hadisənin deyil, bütöv bir millətin taleyinin simvoluna çevrilir. Azərbaycan xalqı üçün 28 May məhz belə müqəddəs və tarixi günlərdən biridir.

Bu tarix milli istiqlal düşüncəsinin siyasi müstəviyə daşındığı, əsrlərlə davam edən azadlıq arzularının dövlət formasında gerçəkləşdiyi böyük dönüş mərhələsidir. 28 May sadəcə bir bayram deyil, Azərbaycan xalqının milli kimliyinin, dövlətçilik təfəkkürünün və müstəqil yaşamaq iradəsinin rəmzidir.

1918-ci ilin 28 mayında Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olundu. Bununla da Azərbaycan yalnız öz dövlət müstəqilliyini bərpa etmədi, eyni zamanda bütün müsəlman Şərqində ilk parlamentli respublikanın əsasını qoydu. Həmin dövrdə qəbul edilən qərarlar siyasi baxımdan son dərəcə cəsarətli idi. Çünki çətin geosiyasi şəraitdə, imperiyaların dağıldığı və bölgədə ağır qarşıdurmaların yaşandığı bir vaxtda müstəqil dövlət qurmaq böyük siyasi iradə tələb edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq dövlət quruculuğu istiqamətində mühüm addımlar atdı. Milli parlamentin yaradılması, dövlət atributlarının qəbul edilməsi, milli ordunun formalaşdırılması və təhsil sahəsində həyata keçirilən yeniliklər həmin dövrün mühüm nailiyyətləri idi. Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququnun verilməsi isə Cümhuriyyətin demokratik mahiyyətini açıq şəkildə göstərirdi. Bütün bunlar Azərbaycan xalqının dövlət idarəçiliyinə və müasir siyasi dəyərlərə nə qədər bağlı olduğunu nümayiş etdirirdi.
Lakin həmin dövrün mürəkkəb siyasi reallıqları, daxildəki fikir ayrılıqları və xarici təzyiqlər Cümhuriyyətin fəaliyyətinə ciddi maneələr yaradırdı. Dövlət institutları hələ tam formalaşmamışdı, iqtisadi və hərbi imkanlar isə məhdud idi. Nəticədə 1920-ci ilin aprelində bolşevik Rusiyasının hərbi müdaxiləsi Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə nəticələndi. Bununla belə, istiqlal ideyası xalqın yaddaşından silinmədi. Sovet hakimiyyəti illərində milli dövlətçilik düşüncəsi bütün təzyiqlərə baxmayaraq xalqın mənəvi yaddaşında yaşamaqda davam etdi.
XX əsrin sonlarında SSRİ-nin zəifləməsi ilə Azərbaycanda milli azadlıq hərəkatı yenidən gücləndi. Xalq küçələrə çıxaraq azadlıq və müstəqillik tələb edirdi. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etsə də, ölkədə son dərəcə ağır siyasi vəziyyət hökm sürürdü. Təəssüf ki, 1992-ci ildə hakimiyyətdə olan AXC–Müsavat iqtidarı dövlət idarəçiliyində ciddi səhvlərə yol verdi. Təcrübəsizlik, idarəetmədə xaos, daxili çəkişmələr və düşünülməmiş qərarlar ölkəni ağır böhranla üz-üzə qoydu.
Dövlət idarəçiliyindən uzaq AXC–Müsavat cütlüyünün hakimiyyəti illərində dövlət institutları zəiflədi, iqtisadi vəziyyət daha da ağırlaşdı, silahlı qruplar arasında qarşıdurmalar artdı. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti fonunda isə ölkə daxilində vahid idarəetmə sistemi qurmaq mümkün olmadı. Torpaqların işğalı, ordudakı pərakəndəlik, siyasi qeyri-sabitlik və hakimiyyət uğrunda mübarizə Azərbaycan dövlətçiliyini real təhlükə qarşısında qoymuşdu. Xalq artıq ölkəni bu böhrandan çıxara biləcək qətiyyətli liderə ehtiyac duyurdu.
Belə mürəkkəb və taleyüklü bir şəraitdə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixində dönüş nöqtəsinə çevrildi. 1993-cü ildə onun siyasi rəhbərliyə qayıdışı ölkədə dağılmaq üzrə olan dövlətçiliyin xilası oldu. Heydər Əliyev qısa müddətdə ölkədə sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasının qarşısını aldı və dövlət institutlarını yenidən formalaşdırmağa başladı.
Məhz həmin dövrdən etibarən Azərbaycanda müstəqil dövlət quruculuğunun yeni mərhələsi başlandı. Güclü ordu quruculuğu, hüquqi dövlət prinsiplərinin formalaşdırılması, iqtisadi islahatların həyata keçirilməsi və balanslaşdırılmış xarici siyasət Azərbaycanın gələcək inkişafının əsasını yaratdı. 1995-ci ildə qəbul edilən Konstitusiya dövlətçiliyin hüquqi dayaqlarını daha da möhkəmləndirdi.
Ulu Öndərin müəyyən etdiyi siyasi kurs sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan regionun aparıcı dövlətlərindən birinə çevrildi. Enerji layihələri, beynəlxalq nəqliyyat dəhlizləri və genişmiqyaslı islahatlar ölkənin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı.
Bu siyasətin ən mühüm nəticəsi isə 2020-ci ildə əldə olunan tarixi Zəfər oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qələbə qazanaraq ölkənin ərazi bütövlüyünü bərpa etdi. İşğal altında olan torpaqlar azad edildi və Azərbaycanın dövlət suverenliyi tam təmin olundu.
Müstəqil Azərbaycan bu gün güclü iqtisadiyyata, modern orduya, beynəlxalq nüfuza və milli həmrəyliyə malik dövlətdir. Bütün bunların əsasında isə xalqın azadlıq arzusu, dövlətçilik ənənələri və milli maraqlara söykənən siyasi kurs dayanır.
28 May tarixi xalqımızın yaddaşında milli qürur günü kimi daim yaşayacaq. Çünki bu tarix Azərbaycan xalqının əsrlər boyu qoruduğu azadlıq ruhunun, milli iradəsinin və müstəqil dövlətçilik idealının ən parlaq təcəssümüdür.

Azər ALLAHVERƏNOV,
Milli Məclisin deputatı

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

24-12-2025, 19:14

Prezident Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib, sakinlərlə görüşüb - YENİLƏNİB

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 10:06
    Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
  • Bu gün, 09:46
    Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb
  • Bu gün, 09:26
    "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır
  • Dünən, 18:30
    Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək
  • Dünən, 18:00
    Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb
  • Dünən, 18:00
    Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
  • Dünən, 17:29
    "Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub
  • Dünən, 16:56
    Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir
  • Dünən, 16:20
    Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
  • Dünən, 15:58
    Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • Dünən, 15:14
    Azərbaycan qlobal logistika xəritəsini yenidən formalaşdırır - Çin-Mərkəzi Asiya və Orta Dəhliz sınağı - ŞƏRH
  • Dünən, 14:45
    "Jamestown": Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir
  • Dünən, 13:11
    Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq
  • Dünən, 12:37
    Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı
  • Dünən, 11:22
    Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • Dünən, 11:11
    İlham Əliyev Ərdoğana Türkiyədə "Demokratiya və Milli Birlik Günü" münasibətilə məktub ünvanlayıb
  • Dünən, 10:44
    Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək
  • Dünən, 10:27
    Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib
  • Dünən, 09:53
    Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır
  • Dünən, 09:35
    Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb
  • Dünən, 09:10
    Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəyə təbrik ünvanlayıb
  • 14-07-2026, 19:00
    İsrail Livanda iki "pilot zonadan" qoşunlarının çıxarılmasını nəzərdən keçirməyə hazırdır
  • 14-07-2026, 18:30
    Sibiqa: Türkiyə XİN başçısı sabah Ukraynaya səfər edəcək
  • 14-07-2026, 17:50
    Azərbaycan və Slovakiya daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
  • 14-07-2026, 17:23
    Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər
  • 14-07-2026, 17:04
    Əli Əsədov "Damen Shipyards Group" şirkətinin baş icraçı direktoru ilə görüşüb
  • 14-07-2026, 16:42
    Şuşada ikili standartların ifşası - Azərbaycandan Qərb dairələrinə dürüstlük dərsi - ŞƏRH
  • 14-07-2026, 15:56
    Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoyub
  • 14-07-2026, 15:40
    Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
  • 14-07-2026, 15:04
    AFFA UEFA B məşqçilik kursu üçün müraciətlərin qəbuluna başlayıb
  • 14-07-2026, 14:30
    Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar
  • 14-07-2026, 14:15
    Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürülüb
  • 14-07-2026, 14:02
    Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq
  • 14-07-2026, 13:05
    Azərbaycanda iyul ayının pensiyaları ödənilib
  • 14-07-2026, 12:44
    İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə