• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Vətənə Həsr Olunmuş Bir Ömür: Həsənov Mahir Babayar oğlunun Şərəfli Həyat Yolu

Cəmiyyət

19-12-2025, 16:07


Vətən – bu müqəddəs kəlmə hər bir azərbaycanlının qəlbində müqəddəs bir and kimi yaşayır. Bu torpağın hər qarışı, hər daşı, hər zərrəsi şəhid qanı ilə yoğrulmuş, igid oğulların cəsarəti ilə qorunmuşdur. Bu igidlərdən biri də Həsənov Mahir Babayar oğludur – ömrünü Vətənə xidmətə həsr etmiş, səngərlərdə böyümüş, dağlarda qocalmış, lakin ruhu daim gənc və döyüşkən qalmış bir qəhrəmandır.

1993-cü ilin avqust ayında hərbi xidmətə başlayan Mahir Həsənov, 2015-ci ilin noyabr ayına qədər – düz 22 il boyunca ön cəbhədə, Vətənin ən qaynar nöqtələrində xidmət etmişdir. O, sadəcə bir əsgər deyil, əsl vətənpərvər, əsgərlərinə ata, qardaş, dost olmuş bir komandir idi. Palkovnik-leytenant rütbəsi ilə təxris olunan Mahir Həsənov, bu illər ərzində təkcə hərbi xidmətini deyil, həm də mənəvi borcunu yerinə yetirmişdir – Vətənin keşiyində dayanaraq, onun hər qarış torpağını canı bahasına qorumuşdur.

Onun xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin adından, Müdafiə Nazirinin əmri ilə bir sıra medallarla –
- “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal
- “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal
- “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal
- Silahlı Qüvvələrin 10, 90 və 95 illik yubiley medalları
ilə təltif olunmuş, həmçinin çoxsaylı Fəxri Fərmanlara layiq görülmüşdür. Bu təltiflər onun fədakarlığının, peşəkarlığının və Vətənə sədaqətinin rəmzidir.

Təxris olunduqdan sonra belə, Mahir Həsənov Vətənə olan borcunu bitmiş saymamışdır. 2020-ci ilin 44 günlük Vətən müharibəsində könüllü olaraq ön cəbhəyə yollanmış, bir daha sübut etmişdir ki, Vətən sevgisi nə rütbə tanıyır, nə yaş. O, yenidən səngərlərə qayıdaraq, gənc əsgərlərlə çiyin-çiyinə döyüşmüş, onlara ruh verərək, əsl qəhrəmanlıq nümunəsi göstərmişdir.

Mahir Həsənovun həyat fəlsəfəsi sadə, lakin dərin mənalıdır: “Vətəni sevməyən ailəsini də sevə bilməz.” Bu sözlər onun həyatının, amalının və əqidəsinin təcəssümüdür. O, öz canını Vətənə sipər etməklə yanaşı, ailəsində də vətənpərvərlik ruhunu yaşatmış, oğlu Hikmətə körpə yaşlarından bu müqəddəs sevgini aşılamışdır. Bu gün Hikmət atasının yolunu davam etdirərək, Vətənin keşiyində dayanır, doğma torpaqlarını qürurla qoruyur.

Mahir Həsənovun həyat yolu – səngərlərdə keçən gənclik illəri, şaxtada, boranda əsgərləri ilə bölüşdüyü çörək, gecə-gündüz demədən qoruduğu sərhədlər – bir qəhrəmanlıq dastanıdır. O, təkcə silahı ilə deyil, ürəyi ilə də döyüşmüş, əsgərlərinə komandir yox, qardaş olmuşdur. Çünki o bilirdi ki, Vətəni sevən insan, onun vətəndaşını da sevməlidir.

Salyan torpağında dünyaya göz açan Mahir Həsənov, bu torpağın ruhunu, nəfəsini, sədaqətini özündə daşıyır. Onun ömrü, bir öyüd-nəsihət kitabı kimi gələcək nəsillərə örnəkdir. O, sübut etdi ki, Vətən sevgisi sadəcə sözlə deyil, əməllə göstərilməlidir. Və bu əməllər tarixə yazılır, yaddaşlarda əbədi qalır.

Bəziləri Vətəni sevir, bəziləri isə Vətən olur. Mahir Həsənov Vətənin özü kimi yaşadı.
Onun addımları torpağın yaddaşına həkk olundu, nəfəsi dağların zirvəsində, səngərlərin sükutunda yaşayır.
O, təkcə bir ömür yaşamadı – o, bir millətin qürur salnaməsinə çevrildi.
Hər səhər günəş doğanda, onun kimi igidlərin ruhu bu torpaqlarda yenidən doğulur.
Çünki Vətən, onu sevənlərin nəfəsi ilə nəfəs alır.

Bu gün biz Mahir Həsənov kimi igidlərin sayəsində azad və müstəqil bir ölkədə yaşayırıq. Onların fədakarlığı, sədaqəti və qəhrəmanlığı bizim milli kimliyimizin, dövlətçiliyimizin təməlidir. Mahir Həsənovun adı, onun kimi igidlərin adı, Azərbaycan tarixində qızıl hərflərlə yazılmışdır. Onlar bizim qürurumuz, iftixarımız, gələcək nəsillərə örnək olan əsl Vətən oğullarıdır.

Vətən – bir ömürlük sevgidir. Mahir Həsənov isə bu sevginin canlı təcəssümüdür.

Mövsümağa Ədalətoğlu
Yazıçı,publisist

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

7-11-2025, 16:33

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

26-05-2025, 10:30

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Gündəm / Siyasət

25-05-2024, 19:06

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Araşdırma
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Keçmiş deputat HƏBS EDİLDİ
Kəskin hava şəraiti ilə bağlı çağırış edildi
Hərbi
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 10:22
    Cəzaçəkmə müəssislərində amnistiya aktının icrasına BAŞLANILDI
  • Bu gün, 09:54
    Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi
  • Bu gün, 09:21
    İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyəcək
  • Dünən, 18:00
    Bakıda qəza - 19 yaşlı oğlan həyatını itirdi
  • Dünən, 17:30
    Sabahdan Amnistiya aktının icrası başlanılır
  • Dünən, 17:00
    Rusiya Donetski vurdu - Ölən və yaralılar var
  • Dünən, 12:30
    Hakan Sabancı onunla sevgilidir?
  • Dünən, 12:30
    Papa gecələr DİL ÖYRƏNİR
  • Dünən, 12:01
    Bu gün Azərbaycana qış gələcək
  • Dünən, 11:00
    Tayvanda güclü zəlzələ oldu
  • 20-12-2025, 16:34
    Ukrayna və Portuqaliya dəniz dronlarının birgə istehsalı barədə razılığa gəlib
  • 20-12-2025, 15:58
    Türkiyə ərazisinə daha bir PUA düşüb
  • 20-12-2025, 15:04
    Rusiyanın Xalq artisti Anatoli Lobotski vəfat edib
  • 20-12-2025, 14:31
    Sahibə Qafarova Monteneqro XİN rəhbəri ilə görüşüb
  • 20-12-2025, 13:51
    Ceyhun Bayramov Monteneqro XİN rəhbərini Ermənistanla sülh gündəliyi barədə məlumatlandırıb
  • 20-12-2025, 13:25
    Azərbaycan və Monteneqro Hökumətlərarası Komissiyanın növbəti görüş barədə danışıqlar keçirəcək
  • 20-12-2025, 13:16
    Ukrayna dronları Xəzər dənizində Rusiyanın hərbi gəmisinə və "Lukoil"in neft-qaz platformasına zərbə endirib
  • 20-12-2025, 12:39
    Azərbaycan və Monteneqro XİN başçıları görüşüb
  • 20-12-2025, 11:25
    Səfirlik: ABŞ Cənubi Qafqazın potensialını reallaşdırmaq üçün Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir
  • 20-12-2025, 10:26
    Qazaxda maşın hasara çırpıldı - Ölən və yaralanan var
  • 20-12-2025, 09:51
    Azərbaycan neftinin qiyməti 64 dolları keçib
  • 19-12-2025, 18:32
    Mirziyoyev İlham Əliyevi təbrik etdi
  • 19-12-2025, 17:50
    Azərbaycan-Türkiyə media münasibətləri müzakirə edilib
  • 19-12-2025, 17:17
    Biləsuvarda qaz xəttində sızma olub, şəhərin bir hissəsi qazsız qalıb
  • 19-12-2025, 16:55
    Meyxanaçı Kərim vəfat edib
  • 19-12-2025, 16:18
    İmtahanlara qanunsuz texniki vasitə keçirməklə bağlı cinayət işi üzrə məhkəmə baxışı başlayıb
  • 19-12-2025, 16:07
    Vətənə Həsr Olunmuş Bir Ömür: Həsənov Mahir Babayar oğlunun Şərəfli Həyat Yolu
  • 19-12-2025, 15:42
    Naxçıvanda sabiq hərbi komissar rüşvət almaqda ittiham olunur
  • 19-12-2025, 15:21
    Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir
  • 19-12-2025, 14:41
    Milli Məclisin növbəti iclasının tarixi məlum olub
  • 19-12-2025, 13:11
    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
  • 19-12-2025, 12:56
    Abşeron rayonunda yolların təmirinə 1.4 milyon manat ayrılıb
  • 19-12-2025, 12:20
    Milli Məclisdə Amnistiya aktının müzakirəsi başlayıb
  • 19-12-2025, 11:49
    Spiker: Avropa Parlamenti qərəzli praktikasını davam etdirib
  • 19-12-2025, 11:22
    Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə