• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Cinayət və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər qüvvəyə mindi

Gündəm / Cəmiyyət

19-03-2025, 17:51

Cinayət və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər qüvvəyə mindi

Prezident İlham Əliyev Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib. 

Yenilənmiş Qanuna əsasən, “Dövlət satınalmaları haqqında” qanunun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən satınalma prosedurları keçirilmədən, habelə nəzarət orqanının razılığı tələb olunan satınalma metodlarını belə razılıq olmadan tətbiq etməklə və ya keçirilmiş satınalmanın nəticələri haqqında yekun protokol nəzarət orqanı tərəfindən təsdiq edilmədən bağlanılmış müqavilələr əsasında maliyyə vəsaitlərinin xərclənməsi, bu əməllər xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının, habelə müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları ilə bağlı satınalmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma prosedurları keçirilmədən baş tutması, bu əməllər xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

“Dövlət satınalmaları haqqında” qanunun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən həmin Qanunda müəyyən edilən maraqlar toqquşması ilə bağlı tələblərə cavab verməyən təchizatçı ilə satınalma müqaviləsi bağlanılaraq maliyyə vəsaitlərinin xərclənməsi, bu əməllər xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, təkrar törədildikdə, külli miqdarda ziyan vurduqda, hədə-qorxu tətbiq olunmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

“Xeyli miqdar” dedikdə əlli min manatdan iki yüz əlli min manatadək olan məbləğ, bu Məcəllənin 308-2.4.3-cü maddəsində “külli miqdar” dedikdə isə iki yüz əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.

“Dövlət satınalmaları haqqında” qanunun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən, habelə nəzarət orqanının razılığı tələb olunan satınalma metodlarını belə razılıq olmadan tətbiq etməklə və ya keçirilmiş satınalmanın nəticələri haqqında yekun protokol nəzarət orqanı tərəfindən təsdiq edilmədən bağlanılmış müqavilələr əsasında maliyyə vəsaitlərinin xərclənməsinə görə vəzifəli şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Satınalan təşkilat tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının, habelə müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları ilə bağlı satınalmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma prosedurları keçirilmədən baş tutmasına görə vəzifəli şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Müşahidə şurasının (direktorlar şurasının) tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla təsdiq edilən kommersiya hüquqi şəxsləri tərəfindən “Dövlət satınalmaları haqqında” qanunla müəyyən edilmiş məlumatların və elanların özlərinin rəsmi internet səhifələrində yerləşdirilməməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, açıq tender və ya ikimərhələli tenderdən yayınmaq və (və ya) təchizatçılar arasında rəqabəti məhdudlaşdırmaq məqsədilə eyni xüsusiyyətli (xarakterli, növlü, tipli) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma predmetlərinin təsnifat kodları üzrə eyni sinifdə olan oxşar satınalma predmetinin ayrı-ayrı hissələrə (müqavilələrə) bölünməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

“Dövlət satınalmaları haqqında” qanunun yol verdiyi hallar istisna olmaqla, satınalma komissiyası tərəfindən təchizatçıların satınalmalarda iştirakının məhdudlaşdırılmasına, habelə onlar arasında ayrı-seçkilik yaradan tələblərin, meyarların və prosedurların müəyyənləşdirilməsinə görə vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

“Dövlət satınalmaları haqqında” qanunun yol verdiyi hallar istisna olmaqla, həmin Qanunda müəyyən edilən maraqlar toqquşması ilə bağlı tələblərə cavab verməyən təchizatçı ilə satınalma müqaviləsi bağlanılaraq maliyyə vəsaitlərinin xərclənməsinə görə vəzifəli şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

“Dövlət satınalmaları haqqında” qanunla müəyyən olunmuş müddətlərdə satınalan təşkilatın qalib təchizatçının təklifini aksept etməməsinə və ya satınalma müqaviləsini imzalamamasına, satınalan təşkilat tərəfindən satınalma müqaviləsi üzrə ödəmələrin (o cümlədən avans ödənişinin) aparılmamasına, satınalan təşkilat tərəfindən təchizatçıların şikayətlərinin və müraciətlərinin araşdırılaraq müvafiq qərarın qəbul edilməməsinə və həmin qərarın şikayət edən və ya müraciət edən təchizatçıya göndərilməməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Satınalma müqaviləsinin icrasına başlanılması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) razılıq (müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün “Lisenziyalar və icazələr haqqında” qanunda nəzərdə tutulan icazələr istisna olmaqla) alınması tələb olunduğu təqdirdə, satınalan təşkilat tərəfindən belə icazələrin müqavilə imzalanana qədər əldə olunmasının təmin edilməməsinə görə  vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Nəzarət orqanının satınalma predmetinə (onun icrasına) baxış keçirə bilməsi üçün satınalan təşkilat tərəfindən lazımi şərait yaradılmamasına görə vəzifəli şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Satınalmaların həyata keçirilməsi zamanı satınalan təşkilat tərəfindən nəzarət orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Həmin əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

14-02-2025, 11:27

Milli Məclisdə iclas: gündəlikdə 15 məsələ var - SİYAHI

Gündəm / Cəmiyyət

10-02-2025, 16:09

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Gündəm / Cəmiyyət

27-12-2024, 12:07

Əsgərlik yaşının azaldılması ilə bağlı qanun layihəsi QƏBUL EDİLDİ

Cəmiyyət

20-12-2024, 09:33

Parlament bu gün əsgərliklə bağlı qanunu müzakirə edəcək - GÜNDƏLİK

Gündəm / Cəmiyyət

16-12-2024, 12:51

Milli Məclis "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə dəyişiklikləri I oxunuşda qəbul edib

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:37
    Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib
  • Bu gün, 18:10
    Ölkə üzrə bu ayın bütün sosial ödənişləri başa çatdırılıb
  • Bu gün, 17:18
    Estoniya azərbaycanlıların olduğu ticarət gəmisinə Rusiyanın zərbəsini pisləyib
  • Bu gün, 16:47
    Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
  • Bu gün, 16:00
    Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda bunu alacağımı heç fikirləşməzdim
  • Bu gün, 15:14
    Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi PUA zərbəsindən sonra batıb
  • Bu gün, 14:13
    Sabah bəzi yerlərdə yağış yağacaq
  • Bu gün, 13:13
    İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib
  • Bu gün, 12:37
    Terrorla mübarizə ilə bağlı iki məcəlləyə dəyişikliklər qəbul edilib
  • Bu gün, 11:43
    İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
  • Bu gün, 10:18
    DYP piyadaları azyaşlılarla hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb
  • Bu gün, 09:29
    "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub
  • Bu gün, 09:05
    Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq
  • Dünən, 18:27
    9 yaşlı azərbaycanlı güləşçi Arif Hüseynov Moskvada qızıl medal qazandı — dünya güləşinin əfsanəsi ona çempion kəmərini təqdim etdi
  • Dünən, 18:23
    AYNA: Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək
  • Dünən, 17:41
    Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
  • Dünən, 17:06
    Ukrayna əhalisinin sayı 28.5 milyon nəfərə düşüb
  • Dünən, 16:13
    Emin Əmrullayev: 20 il sonra ictimai həyatda daha çox rəhbər qadınları görməyi proqnozlaşdırırıq
  • Dünən, 15:30
    Rezai ABŞ-ni xəbərdar edib: Müharibə davam edərsə, lazımi vasitələrimiz var
  • Dünən, 15:02
    Sabah Bakıda yağış yağacaq
  • Dünən, 13:11
    Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
  • Dünən, 12:35
    Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
  • Dünən, 12:21
    Bu gün TRIPP-in layihələndirilməsi işlərinə başlanılacaq
  • Dünən, 12:00
    Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq
  • Dünən, 11:10
    "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" təsdiqlənib
  • Dünən, 10:33
    Azərbaycanda rəqəmsal dövlət maliyyə informasiya sisteminin icrasına başlanılıb
  • Dünən, 09:48
    UEFA Konfrans Liqası: II turun oyunları bu gün keçiriləcək
  • Dünən, 09:15
    Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
  • 21-10-2026, 18:10
    Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
  • 21-10-2026, 17:50
    Qəlblərə Nur Səpən Müəllimə
  • 21-10-2026, 17:47
    İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib
  • 21-10-2026, 17:26
    Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - Sərəncam
  • 21-10-2026, 16:44
    Zelenski: Rusiya ilə münaqişəni cəbhə boyu dondurmağa hazırıq
  • 21-10-2026, 15:45
    Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb
  • 21-10-2026, 15:39
    “Şəmaus” romanının təqdimatı: Sözün sərhəd tanımayan qüdrəti”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə