• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşdü - Fotolar

Gündəm / Cəmiyyət

20-02-2025, 17:35

Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşdü - Fotolar

Fevralın 20-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan Senatının sədri Syed Yusuf Raza Gilaninin rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

Spiker Sahibə Qafarova bu səfərin Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü olduğunu bildirib.

Spiker qeyd edib ki, Azərbaycan və Pakistan arasında strateji münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında qurulub. Hər iki ölkə həm ikitərəfli, həm də beynəlxalq müstəvilərdə bir-birini daim dəstəkləyir və 1992-ci ildə diplomatik əlaqələrimiz qurulandan ötən dövrdə ölkələrimiz arasındakı əlaqələr bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir.

İki ölkə arasında münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin xüsusi rolunu qeyd edən Milli Məclisin sədri Prezident İlham Əliyevin Pakistana səfərlərinin, Pakistanın Baş nazirlərinin Azərbaycana səfərlərinin və imzalanmış sənədlərin xüsusi rolundan danışıb. Bildirilib ki, Pakistanın Baş naziri Şahbaz Şərif ölkəmizdə keçirilmiş COP29 konfransında iştirak edib və onun ölkəmizə növbəti səfərinin yaxın günlərdə baş tutması planlaşdırılır.
Ətraflı

Spiker Sahibə Qafarova bildirib ki, parlamentlərimiz arasındakı qarşılıqlı əlaqə dövlətlərimiz arasında münasibətlərin inkişafına mühüm və müsbət təsir göstərir. Bu baxımdan hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən qarşılıqlı dostluq qruplarının üzərinə mühüm vəzifə düşür. Bu gün qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Parlamentlərimiz bir sıra beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirlər. Qeyd olunub ki, Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin üçtərəfli formatda əməkdaşlığı strateji müttəfiq ölkələrimizin əldə etdikləri nailiyyətlərdən biridir. Bildirilib ki, Pakistan İslam Respublikası həm ikitərəfli, həm də çoxtərəfli formatlarda Azərbaycan xalqını narahat edən məsələlərdə Azərbaycanın ədalətli mövqeyini davamlı olaraq dəstəkləyir. Pakistanın qəti mövqeyi beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin 30 illik Ermənistan işğalına son qoymuş 44 günlük Vətən müharibəsi zamanı açıq şəkildə nümayiş etdirildi. Azərbaycan xalqı Pakistanın ölkəmizin beynəlxalq hüquq normalarına və prinsiplərinə əsaslanan ədalətli mövqeyini dəstəkləməsini yüksək qiymətləndirir. Milli Məclisin sədri Azərbaycanın haqq işinə göstərilən ədalətli mövqeyə görə bir daha minnətdarlığını bildirib.

Söhbət zamanı spiker Sahibə Qafarova Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti, Azərbaycanın sədrliyi dövründə bu qurumun institusional inkişafı üçün görülən işlər, Ermənistanla sülh prosesinin gedişi, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdikdən sonra bəzi Avropa təşkilatlarının və ölkələrinin ölkəmizə qarşı qərəzli münasibəti barədə qonaqlara məlumat verib.

Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani qonaqpərvərliyə və ölkəmizə dəvətə görə təşəkkürünü ifadə edərək bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir. O, diqqətə çatdırıb ki, Pakistan və Azərbaycan həmişə bir-birilərini dəstəkləyən qardaş ölkələrdir və xalqlarımız ortaq dəyərləri bölüşürlər. Bildirib ki, Pakistan Ermənistanla diplomatik münasibət qurmayan nadir ölkələrdəndir. Pakistanın Azərbaycanla 1992-ci ildən yaradılmış diplomatik münasibətlərindən ötən illər ərzində bütün sahələrdə, o cümlədən parlamentlərimiz arasında yüksək səviyyəli əlaqələr formalaşıb. Bu baxımdan mütəmadi həyata keçirilən qarşılıqlı səfərlər mühüm rol oynayır. Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin ikinci üçtərəfli görüşünün də bu il Pakistanda keçirilməsi planlaşdırılır. Bununla yanaşı, ticarət, müdafiə, enerji, mədəniyyət, təhsil sahələrində əlaqələrimizi daha da inkişaf etdirmək üçün geniş imkanlar var.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.



Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

18-02-2025, 18:02

Sahibə Qafarova belaruslu həmkarı ilə görüşdü - FOTO

Gündəm / Cəmiyyət

17-02-2025, 18:22

Sahibə Qafarova Nasir Al-Maavali ilə görüşdü - Fotolar

Gündəm / Cəmiyyət

1-11-2024, 10:18

Spiker Qırğızıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Gündəm / Cəmiyyət

11-10-2024, 17:24

Sahibə Qafarova Özbəkistan Ali Məclis Senatının sədri ilə görüşüb

Gündəm / Cəmiyyət

11-10-2024, 14:44

Sahibə Qafarova: Tacikistanın əldə etdiyi bütün uğurları yüksək qiymətləndiririk

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:22
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • Bu gün, 17:49
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • Bu gün, 17:14
    Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
  • Bu gün, 15:51
    Martin Ryan Lənkəran Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb
  • Bu gün, 14:50
    Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
  • Bu gün, 14:00
    Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib
  • Bu gün, 13:11
    Azərbaycan IEC ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
  • Bu gün, 12:51
    Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
  • Bu gün, 11:46
    İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib
  • Bu gün, 10:21
    DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir
  • Bu gün, 09:50
    Azərbaycan neftinin qiyməti 117 dolları keçib
  • Bu gün, 08:46
    Bu gün Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
  • Bu gün, 08:25
    Azərbaycana payız fəsli daxil olub
  • Dünən, 17:21
    Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
  • Dünən, 16:18
    "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
  • Dünən, 15:36
    Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib
  • Dünən, 15:01
    Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir"
  • Dünən, 13:50
    Ukrayna ordusu Rusiyada iki neft emalı zavodunu vurub
  • Dünən, 13:23
    Xocavəndin mərd oğlu
  • Dünən, 12:51
    İlham Əliyev: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
  • Dünən, 12:31
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 12:00
    Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
  • Dünən, 10:58
    Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib
  • Dünən, 10:41
    Azərbaycan XİN Malini təbrik edib
  • Dünən, 10:14
    Azərbaycan neftinin qiyməti 117 dollardan aşağı düşüb
  • Dünən, 08:44
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 21-09-2026, 19:24
    Xəzər dənizində zəlzələ olub
  • 21-09-2026, 18:38
    Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • 21-09-2026, 17:42
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • 21-09-2026, 15:30
    Torpağın Qoruyucusu, Xalqın Dayağı
  • 21-09-2026, 14:27
    "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
  • 21-09-2026, 13:33
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • 21-09-2026, 12:27
    Pensiyalar sabah tam ödəniləcək
  • 21-09-2026, 11:51
    İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
  • 21-09-2026, 11:17
    AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar "Şamaxinka"da dayanmayacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə