• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Makron hökumətinin keyfiyyətsiz medallarda əksini tapan “siması” - ŞƏRH

Gündəm / Siyasət

21-01-2025, 12:22

Makron hökumətinin keyfiyyətsiz medallarda əksini tapan “siması” - ŞƏRH


Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunları beş aydan çoxdur ki, tarixin yaddaşına qovuşub. Xoşagəlməz hadisələrlə, xüsusilə açılış mərasimindəki rüsvayçı səhnələrlə xatirələrdə dərin iz buraxan yarışla bağlı qanqaraldıcı olaylar isə səngimək bilmir. Artıq bir neçə aydır ki, medalların keyfiyyəti, daha doğrusu, keyfiyyətsizliyi ilə bağlı xəbərlər dünya mətbuatını bəzəyir. “Nəhəng iş”in nəticəsi olaraq 100-dən çox medal keyfiyyətini itirdiyinə görə geri qaytarılıb. Xüsusilə “bürünc”lərin daha çox zədələnməyə və paslanmaya məruz qaldığı bildirilir.

Halbuki Paris-2024-ün startından əvvəl bəh-bəhlə yarışın medallarının təqdimat mərasimi keçirilmişdi. Yerli Təşkilat Komitəsinin mənzil-qərargahında baş tutan tədbirdə qurumun sədri Toni Estanqe medalların böyük zəhmət bahasına və çətinliklə başa gəldiyini açıqlamışdı. Sitat: “Qızıl, gümüş və bürünc medalların Eyfel qülləsinin qiymətli metalı ilə eyni qarışıqda olması üçün nəhəng iş görülüb”.

Əslində, ilk narazılıq hələ olimpiadanın gedişində ortaya çıxmışdı. ABŞ-dən olan skeytbordçu Nayca İmani Hyustonun qazandığı bürünc medalın keyfiyyətsiz olması ilə bağlı paylaşdığı video həmin vaxt xeyli müzakirələrə səbəb olmuşdu. Daha sonra başqa idmançılar da eyni problemdən gileyləndilər. Fransalı üzgüçülər Kleman Sekki ilə Yohann Ndoy Bruar da narazılar ordusunun sıralarına qoşuldular. Onlar olimpiadanın estafet yarışında bürünc mükafata yiyələnmişdilər. Yohann Ndoy Bruar ölkəsinin yarıtmaz təşkilatçılığını lağ-lağı obyektinə çevirməkdən belə çəkinmədi. Belə ki, o, "Paris 2024" əvəzinə "Paris 1924" yazaraq təşkilatçıları ələ saldı. Kleman Sekki isə medalları "timsah dərisi"nə bənzətdi...

“Report”un araşdırması nəticəsində bəlli oldu ki, Azərbaycan millisinin iki üzvü də analoji problemlə üzləşib. Söhbət Paris-2024-ün gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedov (58 kq) və yunan-Roma güləşində üçüncü olan Həsrət Cəfərovdan (67 kq) gedir. Q.Maqomedov medalın keyfiyyətinin arzuolunan səviyyədə olmadığını "Report"a açıqlamasında təsdiqləmişdi: "İlk günlərdən ona çox diqqətlə yanaşırdım. Medal bütün bu müddət ərzində xüsusi çantada saxlanılırdı. Təxminən iki ay çantada qaldı, yaxınlaşıb baxırdım, bəzən heyran olurdum. Bir neçə gün əvvəl Azərbaycana təlim-məşq toplanışına getməli olanda düşündüm ki, ehtiyat üçün özümlə götürüm. Bəlkə haradasa lazım olar, bəlkə hansısa tədbirdə Gənclər və İdman Nazirliyi və ya Taekvondo Federasiyasından onu özümlə götürməyi deyərlər. Mən onu götürməyi qərara aldım və çantadan çıxaranda gördüm ki, bir az korlanıb. Başa düşə bilmirəm, niyə? Toxunmuram da, əksinə, həmişə ehtiyatla yanaşmışam. Qısası, bəli, mən də bu pis keyfiyyətlə qarşılaşdım".

H.Cəfərov isə medalın üzərindəki müəyyən hissənin qopduğunu diqqətə çatdırdı. O, olimpiadada verilən mükafatın çox keyfiyyətsiz olduğunu vurğuladı. Milli Olimpiya Komitəsindən isə "Report"un sorğusuna cavab olaraq olimpiadanın digər mükafatçıları ilə də əlaqə saxlanılacağı və araşdırma tamamlandıqdan sonra lazımi addımlar atılacağı açıqlandı. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin "Report"a müsahibəsində söylədikləri Fransanın yarıtmaz təşkilatçılığına dair növbəti tutarlı nümunədir: "Yay Olimpiya Oyunlarında qazanılan 7 medalın hər birini araşdırıb, daha sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət ünvanlayacağıq. Yeganə addım budur. İlk dəfədir ki, belə halla üzləşirik. Bunu olimpiadanın təşkilatçılığındakı qüsurların davamı saymaq olar. Bu, Paris-2024-ün Təşkilat Komitəsinin fəaliyyəti ilə bağlı məsələdir. Aydın məsələdir ki, Təşkilat Komitəsinin zəifliyi bir çox məsələlərdə özünü göstərdi. Buna görə də ümumi problemdir. Müxtəlif problemlər var idi. Ümumiyyətlə, başqa ölkələrlə müqayisədə Paris olimpiadasında problemlərin sayı daha çox idi".

Kütləvi etirazlardan sonra Beynəlxalq Olimpiya Komitəsi də məsələyə münasibət bildirdi. Qurum zədələnmiş bütün medalların istehsalçı “Monnaie de Paris” tərəfindən sistemli şəkildə əvəzlənəcəyini, prosesə yaxın həftələrdə başlanılacağını açıqladı.

Arayış üçün qeyd edək ki, Fransanın tanınmış zinət əşyaları brendi “Chaumet” tərəfindən dizayn olunan medallar Eyfel qülləsindən götürülmüş dəmir hissəciklərlə zənginləşdirilib. Olimpiya və Paralimpiya medallarının üz hissəsi eynidir. Ümumilikdə 5084 medal hazırlanıb ki, onların hər birinin diametri 85 mm, qalınlığı 9,2 mm-dır. Qızıl medal 529, gümüş 525, bürünc 455 qramdır. Hər birinin tərkibinə Eyfel qülləsinin konstruksiyasından 18 qram əlavə edilib.

Ümumiyyətlə, Beynəlxalq Olimpiya Komitəsinin medallarla bağlı konkret standartları var və bundan olimpiadaya ev sahibliyi edən hər bir təşkilatçı ölkə xəbərdardır:

- Qızıl medal ən azı 925 əyarlı gümüşdən hazırlanır, 6 qram qızıl örtüklü olmaqla

- Gümüş medal 925 əyarlı gümüşdən hazırlanır

- Bürünc medal əsasən mis, qalay və sinkdən hazırlanır

Amma görünən budur ki, Fransa bu məsələdə də saxtakarlığa yol verib. 100-dən çox medalın keyfiyyətini itirməsi belə düşünmək üçün kifayət edir. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, olimpiadalar tarixində medalların keyfiyyəti ilə bağlı bu cür kütləvi narazılıq olmayıb. Bəli, Azərbaycana qarşı düşmən mövqeyində olduğunu Olimpiya dəyərlərini heçə sayaraq yarışın açılış mərasimi zamanı belə büruzə verən, hələ də müstəmləkəçilik siyasətindən əl çəkməyən, utanmadan dünyaya demokratiya dərsi keçən Fransa növbəti dəfə gülməli duruma düşüb. Əlbəttə, medallarla bağlı məsələ nüfuzu sıfıra yaxınlaşan Makron və onun hökuməti üçün ciddi zərbədir. Bu, iyulun 26-dan avqustun 11-dək davam edən yarışın təşkilatçılığında qeydə alınan çoxsaylı qüsurların məntiqi davamı da sayıla bilər. Onu da qeyd edək ki, bir qızıl medalın qiyməti 950, gümüş medalın 486, bürünc mükafatın isə 13 dollara bərabərdir. Hələlik 100-dən çox medalın xarab olduğunu, bu prosesin davam etdiyini və onların dəyişdiriləcəyini nəzərə alsaq, Fransanın büdcəsinə əlavə ziyan dəyəcəyi şübhə doğurmur. Bu bir növ Fransanın və Makron hökumətinin keyfiyyətsiz medallarda əksini tapan “simasıdır”!

Sonda onu da xatırladaq ki, Paris-2024-də 15 idman növündə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medalla 30-cu yerdə qərarlaşmışdı ki, bu da tarixi nəticə idi. Cüdoçular Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olmaqla Paris publikasını Azərbaycanın Dövlət Himnini ayaqüstə dinləməyə məcbur etmişdi. Taekvondoçu Qaşım Maqomedov (58 kq) və boksçu Alfonso Dominqes (92 kq) yalnız finalda uduzaraq gümüş medal qazanmışdı. Yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) də fəxri kürsünün üçüncü pilləsində yer almaqla Parisdə üçrəngli bayrağımızı dalğalandırmışdılar.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

20-01-2025, 13:49

Qaşımın Parisdə qazandığı medal keyfiyyətsiz çıxdı

Gündəm / İdman

16-01-2025, 15:29

Parisdə verilən medallar paslanır: Azərbaycanda araşdırma BAŞLADI

Gündəm / İdman

4-09-2024, 09:12

Paris-2024: Azərbaycan paralimpiadanın medal sıralamasında 22-ci pillədə yer alıb

İdman

10-08-2024, 12:30

Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü yerdə qərarlaşıb

Gündəm / İdman

31-07-2024, 09:40

Paris-2024: Azərbaycan medal sıralamasında 16-cı pillədə qərarlaşıb

Araşdırma
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 09:22
    "Sabah" son 18 mövsümdə Azərbaycanda ilk çempionluğunu yaşayan yeganə komandadır
  • Bu gün, 08:56
    Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
  • Dünən, 18:17
    Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
  • Dünən, 17:54
    Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
  • Dünən, 17:11
    Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
  • Dünən, 16:45
    İqlim Dəyişmələri üzrə Dövlət komissiyasının iclası keçirilib, Qurumlararası İşçi Qrupu yaradılacaq
  • Dünən, 16:06
    Emin Əmrullayev: Valideynlər öz məsuliyyətini dərk etməli, məktəblə, müəllimlə birgə işləməlidir
  • Dünən, 15:45
    Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
  • Dünən, 15:23
    I sinfə qəbul başlayır
  • Dünən, 14:50
    Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik
  • Dünən, 12:54
    Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm
  • Dünən, 12:33
    Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
  • Dünən, 11:40
    Rezidenturaya qəbul imtahanının I mərhələsində 1702 namizəd iştirak edəcək
  • Dünən, 11:11
    Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib
  • Dünən, 10:29
    Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
  • Dünən, 09:59
    Azərbaycan nefti 6 dollardan çox bahalaşıb
  • Dünən, 09:24
    BİZİM TƏQVİM:30 apreldə baş vermiş tarixi hadisələr
  • Dünən, 09:09
    Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür
  • Dünən, 08:53
    XTQ-nin yaradılmasından 27 il ötür
  • 29-04-2026, 18:11
    Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
  • 29-04-2026, 17:24
    Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO
  • 29-04-2026, 16:31
    Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı
  • 29-04-2026, 15:57
    "Bloomberg": Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər
  • 29-04-2026, 15:26
    Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
  • 29-04-2026, 15:25
    Totalitar sovet rejiminin sındıra bilmədiyi incəsənət xadimi
  • 29-04-2026, 15:21
    Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ
  • 29-04-2026, 14:45
    Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib
  • 29-04-2026, 13:04
    Aprelin son günündə 22 dərəcə isti gözlənilir
  • 29-04-2026, 12:33
    İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var
  • 29-04-2026, 12:01
    Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib
  • 29-04-2026, 11:33
    Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək
  • 29-04-2026, 10:57
    7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
  • 29-04-2026, 10:16
    Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK
  • 29-04-2026, 09:45
    Bakının bəzi ərazilərində qaz olmayacaq
  • 29-04-2026, 09:14
    BİZİM TƏQVİM:29 apreldə baş vermiş tarixi hadisələr
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə