• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri BAŞLAYIR

Gündəm / Cəmiyyət

17-12-2024, 14:56

Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri BAŞLAYIR

Ermənistan və onun Silahlı Qüvvələri, Ermənistanın bilavasitə hərtərəfli dəstəyi ilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Azərbaycan və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin istintaqı aparılıb.

Bildirilir ki, 2 may 2024-cü il tarixdə Azərbaycan baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.

Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər),  277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs  qismində cəlb olunub, hər birinin müdafiə, bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təmin edilib.

Təqsirləndirilən şəxslər vəkillə təmin olunub. 

Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib.

Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.

Azərbaycan Baş Prokurorluğu  bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir.

Cinayət işi üzrə ittiham aktı Azərbaycan baş prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək, baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

2-12-2024, 14:09

Baş Prokurorluq: Ermənistandan son deportasiya zamanı 216 azərbaycanlı qətlə yetirilib, 6522 nəfər zərərçəkmiş kimi tanınıb

Gündəm / Siyasət

12-10-2024, 10:23

Arayikgilin “hərbi əsir” kimi qələmə verilməsinə - XİN-dən sərt cavab

Gündəm / Cəmiyyət

1-07-2024, 15:03

Qanunsuz ağac kəsimi: 413 minlik ziyan...

Gündəm / Cəmiyyət

24-06-2024, 13:18

Baş prokuror: Separatçılarla bağlı cinayət işi yaxın günlərdə məhkəməyə göndəriləcək

Gündəm / Cəmiyyət

15-05-2024, 18:55

Araikgil barədə növbəti qərar verildi

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:41
    Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
  • Bu gün, 18:05
    Əhalinin siyahıyaalınması üzrə qrupun işçilərinin aylıq vəzifə maaşları təsdiqlənib
  • Bu gün, 17:07
    Zelenski: ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi yubanır
  • Bu gün, 16:13
    Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək
  • Bu gün, 15:32
    Bakıda "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiya keçirilir
  • Bu gün, 15:01
    İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
  • Bu gün, 14:24
    Bakıda sabah 21 dərəcə isti olacaq
  • Bu gün, 13:10
    Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib
  • Bu gün, 12:52
    Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib
  • Bu gün, 12:18
    Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək
  • Bu gün, 11:48
    İlham Əliyev Avstriya Prezidentini təbrik edib
  • Bu gün, 11:44
    Türkiyə - Azərbaycan Arasında Mövcud Əlaqələrə Növbəti Töhfə
  • Bu gün, 11:03
    Rusiya Dəmir Yolları: Ukrayna Anapa-Moskva qatarına dron zərbəsi endirib
  • Bu gün, 10:13
    Yeni Ramana küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
  • Bu gün, 09:24
    Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq
  • Bu gün, 08:47
    Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • Dünən, 17:00
    Almaniya "İstəklilər koalisiyası"nın ilk hərbi təlimlərində iştirak edəcək
  • Dünən, 16:00
    Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
  • Dünən, 15:30
    Səudiyyə Ərəbistanı husilərin atdığı 10 ballistik raketi məhv edib
  • Dünən, 15:00
    Bakıda yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 13:00
    Bakıda "Turandot" tamaşasının premyerası baş tutub
  • Dünən, 12:30
    ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb
  • Dünən, 12:00
    Azərbaycan Premyer Liqasında IX tura bu gün yekun vurulacaq
  • Dünən, 11:00
    Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
  • Dünən, 10:30
    İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
  • Dünən, 10:00
    Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
  • 24-10-2026, 15:58
    Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb
  • 24-10-2026, 15:49
    Qubadlı – Zəfərin əzəməti, dirçəlişin təntənəsi və doğma yurda Böyük Qayıdışın müqəddəs rəmzi
  • 24-10-2026, 15:08
    Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • 24-10-2026, 14:39
    Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
  • 24-10-2026, 13:41
    U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub
  • 24-10-2026, 13:08
    Sabah Bakıda yağış yağacaq
  • 24-10-2026, 12:26
    9 yaşlı azərbaycanlı güləşçi Moskvada qızıl medal qazandı!
  • 24-10-2026, 12:01
    BDYPİ sürücülərə xəbərdarlıq edib
  • 24-10-2026, 09:36
    Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə