Amfibiya təyyarəmiz Türkiyədəki meşə yanğınlarını söndürməyə davam edir - VİDEO
Gündəm / Cəmiyyət
6-10-2024, 10:00
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
Əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Foça istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.