• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Anım Günü: birlik, zəfər, bütövlüyə gedən yolun başlanğıcı - ANALİZ

Gündəm / Siyasət

27-09-2024, 17:46



Sentyabrın 27-si Azərbaycanda Anım günüdür. Bu gün Azərbaycanın istiqlalı, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparmış hər kəsin anıldığı tarixdir.Yüz ildən artıqdır Azərbaycan müstəqillik uğrunda mübarizə aparır, bu müddət ərzində torpaqlarını işğaldan, təcavüzdən qoruyub. Təəssüf ki, Azərbaycanın azadlığı, müstəqilliyi ona torpaq itkiləri bahasına başa gəlib.

Tarixi torpaqlarında yaradılan Ermənistan adlı ölkədə yerləşdirilən erməni etnik qrupu saxta, uydurma ideyalar əsasında Azərbaycana ərazi iddiası ilə çıxış edib. Havadarlarının yardımı ilə ermənilər respublikanın torpaqlarının 20 faizini 30 ilə yaxın işğal altında saxlayıb.

20-ci əsrin əvvəlində yaranmış tarixi şərait və böyük güclərin təzyiqi hesabına ovaxtkı cümhuriyyət rəhbərliyi İrəvan xanlığını Azərbaycanın müstəqilliyinə güzəştə gedilməsi hesabına Ermənistan adlı dövlətin yaranmasına icazə verdi. Bu hadisədən ayaqları yer alan ermənilər daha böyük əraziləri işğal etməyə başladılar. Elə onların Azərbaycana saxta torpaq iddialarına görə Cənubi Qafqazın üç müstəqil respublikası – Azərbaycan, Gürcüstan və Ermənistanı Rusiya bolşeviklər adı ilə yenidən işğal etdi.

SSRİ daxilində Moskvanın erməni etnik qrupuna yardımı, onlarla birlikdə fəaliyyəti nəticəsində Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb. 1920-1990-cı illərdə Ermənistan vətəndaşı olmuş bütün türklər bu ölkədən qaçmağa məcbur edilib. Təkcə 1988-1989-cu illərdə 300 min Qərbi azərbaycanlının vətəndaşlığı və mülkiyyəti əlindən alınıb.

Anım günü Azərbaycanın bir əsrlik işğal tarixini də yada salır. Bu, İkinci Qarabağ, 44 günlük Vətən müharibəsinin, “Dəmir yumruq” əməliyyatının başladığı gündür.

İlham Əliyev

Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-si səhər saat 06:00-da I Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca əks-hücuma keçdi. Niyə əks-hücum? Çünki bu əməliyyatdan qabaq Ermənistan hərbçiləri atəşkəs rejimini pozmuş, hərbi rəhbərləri yeni əraziləri işğal edəcəklərinə dair açıqlamalar vermişdi. Onlar bildirirdi ki, Azərbaycan Ermənistanın şərtlərini qəbul etməsə, yeni torpaq itkisi ilə barışmalı olacaq, Yevlaxa qədər ərazini itirəcək. Bu, Nikol Paşinyanın başçılıq etdiyi hökumətin sonradan korrupsiyada ittiham olunan müdafiə naziri David Tonoyanın açıqlamalarında da var.

Bununla da indi sülh sazişini imzalamamaq üçün müxtəlif bəhanələr uyduran, özünü sülhsevər kimi beynəlxalq ictimaiyyətə sırıyan rəsmi İrəvan Azərbaycana qarşı ənənəvi işğalçılığı davam etdirirdi. “Dəmir yumruq”lu əks-hücum 1918 -1920, 1988-1994-cü illərdə torpaqların erməni-havadarları işğalından azad edilməsi uğrunda aparılmış müharibənin davamı idi.

Müxtəlif beynəlxalq tədbirlərdə, görüşlərdə hiyləgərcəsinə ancaq sülhdən, əməkdaşlıqdan danışan Nikol Paşinyan torpaqları işğal altında saxlamaq, onu erməniləşdirmək üçün Azərbaycan əsgərinə 44 gün müqavimət göstərə bilib.

Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi və Moskvanın təminatı ilə 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiyası ilə nəticələnən atəşkəsə dair bəyanat qəbul olunub.

Müharibə bitəndən sonra Paşinyan hökuməti Rusiyaya qarşı təbliğat apararaq onu Fransa ilə əvəzləməyə başlayıb. O bildirib ki, bundan sonra Ermənistanın təhlükəsizliyini Rusiyaya etibar edə bilməzlər. Halbuki 2020-ci il noyabrın 8-9-da Paşinyan Putinə 20 dəfəyə, 44 günlük müharibə ərzində isə 60 dəfəyə yaxın zəng edib.

Bu, erməni xislətidir. Azərbaycan torpaqlarını işğal altında saxlayanda Şuşada Cıdır düzündə halay vurub, Azərbaycanın köçəri havasına yallı gedəndə başqasının torpağında olduğunu unudanlara bu gün Bakıda təcridxanada, anlaya bilsələr, düşünmək üçün vaxt verilib.

Anım Gününün qəhrəmanları torpaqları 100 illik etibarsız, saxtakar, barbar erməni və havadarlarının işğalından azad edib.

Vətən müharibəsi Azərbaycanın dost və düşmənlərini ayırd etmək üçün də şərait yaratmışdı. Türkiyə Azərbaycanla əbədi bir yerdə olduğunu həmin günlərdə bir daha təsdiqlədi. Pakistan Ermənistanı dövlət olaraq tanımayıb. O, daim Azərbaycan torpaqlarının işğaldan azad edilməsi mövqeyindən çıxış edib. Pakistan da Türkiyə ilə eyni sırada durub. İsrail qonşu İrandan fərqli olaraq dəstək göstərib. Tehran hakimiyyətinin təmsilçiləri və KİV-i Azərbaycana qarşı çıxışlar edib, torpaqların azad olması uğrunda müharibə edən əsgərlərin fədakarlığına kölgə salmağa çalışıb. Bu azmış kimi, Rusiya da İrandan keçməklə Ermənistana hərbi texnika yardımı edib. ABŞ, Böyük Britaniya və başqaları Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini dəfələrlə bildiriblər. Əks-hücum əməliyyatı zamanı da bu mövqedən çıxış ediblər.

Anım günü özündən sonra neçə-neçə şərəfli günlərin yaranmasına əsas olub - Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdam, Laçın, Kəlbəcər, Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Hadrutun işğaldan azad edildiyi günlər. Zəfər Günü, Suverenlik Günü, Azərbaycan milli dövlətçilik tarixində Xankəndidə ilk parad, Qarabağ Universitetinin açılması kimi fəxr ediləcək günlər Anımdan sonra yaranıb.

Torpaqlarını işğalçılardan təmizləyən Azərbaycanın beynəlxalq aləmdə nüfuzu da artıb. O, dünyanın təhlükəsiz enerji təminatında etibarlı tərəfkeş imicini qazanıb.

Anım Günü Azərbaycanın müasir hərbi texnika ilə döyüş qabiliyyətinin də başlanğıcı olub.

Cənubi Qafqazda yeni düzən, yeni şəraitin qurulması, yaranması sentyabrın 27-dən başlayır. Bu, Azərbaycanın azadlığı, müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğurunda mübarizə aparmış şəhidlərin, qazilərin, Vətən müharibəsi iştirakçılarının əbədi hörmətə layiq olduqlarının anıldığı gündür.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən, 27 sentyabr Azərbaycanda Anım Günü kimi qeyd edilir. Bu gün Azərbaycan cəmiyyəti, Silahlı Qüvvələr, hakimiyyət yumruq kimi birləşməyə başlayıb. Dövlətimiz bu sınaqdan üzüağ çıxıb. Odur ki, Anım Günü böyük zəfərlərə gedən yolun başlanğıcıdır.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

27-09-2024, 12:14

1 dəqiqəlik sükut...

Gündəm / Cəmiyyət

20-09-2024, 08:54

Azərbaycanda Dövlət Suverenliyi GÜNÜDÜR

Gündəm / Siyasət

19-09-2024, 12:41

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - Sərəncam

Gündəm / Siyasət

19-09-2024, 11:22

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib

Gündəm / Siyasət

19-08-2024, 13:11

Rusiya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:41
    Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
  • Bu gün, 18:05
    Əhalinin siyahıyaalınması üzrə qrupun işçilərinin aylıq vəzifə maaşları təsdiqlənib
  • Bu gün, 17:07
    Zelenski: ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi yubanır
  • Bu gün, 16:13
    Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək
  • Bu gün, 15:32
    Bakıda "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiya keçirilir
  • Bu gün, 15:01
    İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
  • Bu gün, 14:24
    Bakıda sabah 21 dərəcə isti olacaq
  • Bu gün, 13:10
    Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib
  • Bu gün, 12:52
    Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib
  • Bu gün, 12:18
    Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək
  • Bu gün, 11:48
    İlham Əliyev Avstriya Prezidentini təbrik edib
  • Bu gün, 11:44
    Türkiyə - Azərbaycan Arasında Mövcud Əlaqələrə Növbəti Töhfə
  • Bu gün, 11:03
    Rusiya Dəmir Yolları: Ukrayna Anapa-Moskva qatarına dron zərbəsi endirib
  • Bu gün, 10:13
    Yeni Ramana küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
  • Bu gün, 09:24
    Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq
  • Bu gün, 08:47
    Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • Dünən, 17:00
    Almaniya "İstəklilər koalisiyası"nın ilk hərbi təlimlərində iştirak edəcək
  • Dünən, 16:00
    Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
  • Dünən, 15:30
    Səudiyyə Ərəbistanı husilərin atdığı 10 ballistik raketi məhv edib
  • Dünən, 15:00
    Bakıda yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 13:00
    Bakıda "Turandot" tamaşasının premyerası baş tutub
  • Dünən, 12:30
    ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb
  • Dünən, 12:00
    Azərbaycan Premyer Liqasında IX tura bu gün yekun vurulacaq
  • Dünən, 11:00
    Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
  • Dünən, 10:30
    İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
  • Dünən, 10:00
    Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
  • 24-10-2026, 15:58
    Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb
  • 24-10-2026, 15:49
    Qubadlı – Zəfərin əzəməti, dirçəlişin təntənəsi və doğma yurda Böyük Qayıdışın müqəddəs rəmzi
  • 24-10-2026, 15:08
    Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • 24-10-2026, 14:39
    Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
  • 24-10-2026, 13:41
    U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub
  • 24-10-2026, 13:08
    Sabah Bakıda yağış yağacaq
  • 24-10-2026, 12:26
    9 yaşlı azərbaycanlı güləşçi Moskvada qızıl medal qazandı!
  • 24-10-2026, 12:01
    BDYPİ sürücülərə xəbərdarlıq edib
  • 24-10-2026, 09:36
    Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə