• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

İlk səfərini İraqa edən Pezeşkianın ziyarəti və ticarəti - ANALİZ

Gündəm / Siyasət

12-09-2024, 17:49

İlk səfərini İraqa edən Pezeşkianın ziyarəti və ticarəti - ANALİZ


İran Prezidenti Məsud Pezeşkian hökumət başçısı kimi ilk rəsmi səfərini İraqa edib.

Bu səfərlə bağlı bir sıra suallar yaranıb. Çünki seçkiqabağı kampaniya zamanı Azərbaycan türkcəsində danışması ilə güney azərbaycanlıların rəğbətini qazandığı, Azərbaycana xoşməramlı münasibət sərgiləməsi və başqa məsələlərlə bağlı bəziləri onun ilk səfərini Bakıya edəcəyini gözləyirdi. Ancaq bu baş verməyib. Rusiya Prezidenti Vladimir Putin onu BRİCS-in oktyabrda Tatarıstanın paytaxtı Kazanda keçiriləcək zirvə toplantısına dəvət edib. Ona görə də Məsud Pezeşkianın növbəti səfərinin bu ölkəyə olacağı nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyev də İran hökumətinin başçısını COP29-a dəvət edib. Odur ki, Məsud Pezeşkianın noyabrda Azərbaycana səfəri gözlənilir.

Belə ehtimal etmək olar ki, COP29 olmasa idi, Pezeşkian ilk rəsmi səfərini Bakıya edə bilərmiş.

İraqı niyə seçib? Məsud Pezeşkian ilk səfərini İraqa edən İranın ilk prezidentidir.

İndiki ali rəhbər, ayətullah Seyid Əli Xamənei hökumət başçısı olanda ilk səfərini Suriyaya, Əli Əkbər Haşimi-Rəfsəncani BMT-yə, sonra Seneqala, Məhəmməd Xatəmi Türkmənistana, Mahmud Əhmədinejat BMT-yə, ardınca da Azərbaycanın Naxçıvan bölgəsinə, Həsən Ruhani Qırğız Respublikasına, İbrahim Rəisi isə Tacikistana ediblər.

Odur ki, Məsud Pezeşkianın ilk səfərini İraqa etməsində dini-siyasi ideoloji mahiyyət daşımadığı qənaətinə gəlmək olar. Çünki ondan əvvəlki hökumət başçıları ilk səfərlərinin fərqli ölkələrə edib.

Düzdür, o, imam Əlinin məqbərəsinin yerləşdiyi Nəcəfə, imam Hüseynin dəfn olunduğu Kərbəlaya da səfər edib. Ancaq bu ziyarətləri onun dini inancının göstəricisi olaraq qiymətləndirmək doğru sayılmaz. O, İraqda haranı ziyarət edə bilərdi? İranla müharibədə ölənləri yada etməsi uyğun sayılmazdı. Ən neytral ziyarətgah Nəcəf, Kərbəla və başqa şəhərlərdəki müqəddəs saylan bu kimi məkanlara baş çəkmək idi.

İranın xarici işlər naziri Abbas Ərakçi bildirib ki, bu səfəri helikopter qəzasında ölən İbrahim Rəisinin reallaşdırması nəzərdə tutulmuşdu. Məlum hadisə səfərin təxirə salınmasına səbəb olub. Odur ki, Məsud Pezeşkian başqa istiqamətlərdə olduğu kimi bu məsələdə də əvvəlki, 13-cü hökumətin proqramını davam etdirir.

Əslində İslam Respublikası prezidentlərinin ilk səfərini bu ölkəyə etməsi daha məntiqi sayılar. Çünki bu ölkənin mövcud konstitusiyasında hüquqi mənbələrdən biri imam Əlinin çıxışlarının məcmuəsi sayılan “Nəhcül-bəlağə”dir. Onun məzarı, hər il imam Hüseyn və tərəfdarlarının döyüşdükləri, həlak olduqları, şəhid düşdükləri şəhər də bu ölkədədir. Nəcəf İran hakimiyyətinin qulluq etdiyi təriqətin başlıca mərkəzi sayılır. Bu və başqa belə amillər yeni seçilən hökumət başçılarının İraq ilk səfərinə məntiqi haqq qazandırar. Ancaq Tehran hakimiyyəti bu halda həm də İraqı qulluq etdiyi təriqətin mərkəzi olaraq qəbul edər. İran Qumdakı dini-ideoloji mərkəzi daha böyük sayır. Bu məsələdə Nəcəflə Qum arasında görünən və görünməyən mübarizə davam edir. Ona görə də İran prezidentləri ilk səfərlərini İraqa etməyi vacib saymırlar.

2003-cü ildən sonra İranla İraq arasında iqtisadi ticarət əlaqələri genişlənib. İki ölkə arasında 1980-88-ci illərdə baş verən müharibə 1988-ci ildə atəşkəs haqqında sazişin bağlanması ilə başa çatıb. O vaxtdan indiyədək tərəflər arasında sülh müqaviləsi imzalanmayıb.

ABŞ-nin başçılıq etdiyi beynəlxalq koalisiya ilə eyni vaxtda İran da İraqda fəallaşmağa başlayıb. Tehran İraqda hakimiyyətin müəyyənləşməsində söz sahiblərindən olub. İran İslam İnqilab Keşikçiləri Qvardiyasının Qüds qolu bu ölkədə fəal olub. Qüds qoşunlarının komandanı general Qasem Süleymani ABŞ hərbçiləri tərəfindən orada öldürülüb. Bundan başqa İraqda mənafe və tərəfdarlarını qorumaq üçün çoxminlik “Həşde-Şəbi” silahlı qruplaşmasını yaradıb.

Son illər İran İraqın ən yaxın ticarət tərəfdaşı olub. 2023-cü ildə iki ölkə arasında iqtisadi-ticarət dövriyyəsinin həcmi 12 milyard dollar təşkil edib. Ötən il ABŞ İranın İraq banklarında dondurulan 10 milyard dollarlıq maliyyə vəsaitinə qoyduğu sanksiyanı qaldırıb.

İki ölkə arasında enerji daşıyıcıları, su, sərhəd, terrorçularla mübarizəyə dair çoxsaylı müzakirə mövzuları mövcuddur.

Ötən il tərəflər arasında elektrik enerjisinin nəqli, təbii qazın ötürülməsi, suyun İraqdan İrana verilməsi ilə bağlı ciddi problem yaranmışdı.

İranla İraq arasında başlıca problemlərdən biri İraq ərazisində, xüsusən ölkənin şimalında, Kandil dağında, sərhədyanı ərazidə yerləşən PKK terror qruplaşmasıdır. Kürdüstan Demokrat Partiyası, Komilə, kimi silahlı-siyasi dəstələri zaman-zaman İranda, xüsusən mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan əyalətində, onun Türkiyə ilə sərhədyanı bölgələrdə terror aktları törədir, yerli türk sakinlərini hədələyir, “Böyük Kürdüstan” qurmaq arzularını gizlətmir, Azərbaycan torpaqlarına iddia edirlər.

Onlar İranda Kürdüstan əyalətində də fəallıq göstərirlər. İran hərbçiləri, sərhədçiləri ilə bu təşkilatların silahlıları arasında atışmalar da olur. Ötən il İran hakimiyyəti rəsmi Bağdadı və İraqın şimalındakı yerli özünüidarəetmə hökumətini məsələ ilə bağlı xəbərdarlıq etmişdi. Bildirmişdi ki, bu dəstələr İran ərazisində qarşıdurma və toqquşma yaratsalar, onda Kandil dağını, İraqın şimalını raket atəşinə tutacaqlar.

Bu xəbərdarlıqdan sonra İraq və şimaldakı hökumət həmin qanunsuz silahlı qruplaşmaları İranla sərhəddən uzaqlaşdırıb. Məsud Pezeşkianın səfərindən əvvəl həmin qruplar İranla sərhəddən 40 km uzaqlaşdırılaraq şimala köçürülüblər. Məlumata görə, İraq hökuməti onlara nəzarət edir.

İran Prezidenti İraqın şimalına da səfər edib. Orada yeli hökumətin başçısı Neçirvan Bərzani və “Vətənpərvərlə Partiyasının” lideri Məsud Bərzani ilə görüşüb.

Həmin görüşdə bəhs etdiyimiz məsələnin müzakirə edildiyi istisna edilmir.

Onu da qeyd edək ki, bir müddət əvvəl Mosulda “Həşde-Şəbi” ilə Məsud Bərzani silahlıları arasında toqquşma baş vermişdi. Onda partiya lideri qisas alacaqlarını bildirmişdi.

Bu baxımdan Məsud Bərzani qüvvələri ilə iranyönümlülər arasında mübahisə həll olunmayıb. Yeri gəlmişkən, Məsud Pezeşkian Qərbi Azərbaycan əyalətinin Mahabad (Soyuqbulaq) rayonunda anadan olub. Anasının kürd olduğunu desələr də, o özünü türk sayır. Məsud Bərzani Səddam Hüseyn hakimiyyətinin təzyiqlərindən qaçaraq İrana sığınmışdı. Bu baxımdan onların xatirələr danışması mümkündür.

İran Prezidenti ilə İraqın şimalındakı hökumətin müzakirə etdikləri mövzulardan biri silahlı qruplaşmalararası qarşıdurma ola bilər.

İraqın şimalı, xüsusən Mosul bölgəsi neftlə zəngin ərazidir. Yerli hökumətlə bu istiqamətdə əlaqələrin qurulması və perspektivi də tərəflərin marağına daxildir.

Əvvəllər də, İran hakimiyyəti İraqın şimalını idarəedənlərlə əlaqələrin genişlənməsinə çalışıblar. Ona görə yenidən bu istiqamətdə əlaqələrin genişlənməsi müzakirə oluna bilər.

Tehran rəsmisi bir sıra təkliflər də irəli sürüb, məsələn, islam dövləti arasında sərhədə nəzarətin ardan qaldırılması və Şengen zonasına oxşar bir rejimin yaradılması, İraqla ticarət əlaqələrində dollardan imtina edilməsi və s.

ABŞ-nin İraqda dünyada ən böyük səfirliyi, hərbi bazası yerləşir. İrana bağlı qüvvələr Ştatların hərbçilərinə hücum edir. Rəsmi Bağdad HƏMAS-İsrail müharibəsində tərəfsiz qalmağa çalışsa da, İsraili tənqid edən açıqlamalar da verir.

Səddam Hüseyndən sonra İraq ziddiyyətlərlə dolub. O, ABŞ və müttəfiqlərinin, İranın, şimaldakı hökumətin, Avropa İttifaqının, Rusiyanın, Çinin maraqlarının toqquşduğu, uzlaşdığı bir ölkəyə çevrilib.

Odur ki, belə təzadlı ölkə ilə İranın maraqlarında ortaq məqamların tapılması regionun təhlükəsizliyinə yardım edə bilər. Bu səfər İran-İraq münasibətlərinin fundamental olaraq dəyişməsinə təsir göstərməsi çətin məsələdir. Çünki İranla sərhəddən Komilə, KDP silahlıları çəkilsə də, onlar tək-silah olunmayıb. “Həşde-Şəbi” silahlılarının fəaliyyətində, mövcudluğunda dəyişiklik yoxdur. PKK terror qruplaşması da İraqdakı düşərgəsindədir. ABŞ-də hərbçilərini ölkədən çıxarmayıb və s.

Deməli, Məsud Pezeşkian İraqa səfəri ticarət, ziyarət kimi məsələlərin inkişafına təsir göstərə bilər.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Dünya

11-09-2024, 10:14

Pezeşkian İraqa getdi

Gündəm / Dünya

7-09-2024, 09:30

Putinlə Pezeşkian görüşəcək

Gündəm / Cəmiyyət

3-09-2024, 09:38

Məsud Pezeşkian prezident kimi ilk səfərini Məşhəd şəhərinə edib

Gündəm / Cəmiyyət

28-08-2024, 11:57

İran Prezidenti ilk xarici səfərini İraqa edəcək

Gündəm / Dünya

30-07-2024, 17:37

Məsud Pezeşkian and içdi

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 16:00
    SEPAH Pezeşkianın orduya 20 milyon barel neft ayrılması barədə xəbəri təsdiqləməyib
  • Bu gün, 15:00
    İsrail Livanda "Hizbullah"ın döyüşçülərinin zərərsizləşdirildiyini açıqlayıb
  • Bu gün, 14:30
    İran XİN İraqla münasibətlərin genişləndirilməsini prioritet sayır
  • Bu gün, 14:00
    FHN silsilə maarifləndirmə tədbirlər keçirib
  • Bu gün, 13:00
    Küveyt XİN İranın ölkə ərazisinə hücumlarını qətiyyətlə pisləyib
  • Bu gün, 12:30
    Sabah Bakıda yağış yağacaq, bölgələrə dolu düşəcək
  • Bu gün, 12:00
    SEPAH ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
  • Bu gün, 11:00
    Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
  • Bu gün, 10:30
    İranın hücumuna görə BMT-yə çağırış etdilər
  • Dünən, 17:30
    İtaliyanın ən uzun çayı quruyur
  • Dünən, 17:00
    Aviareysləri bərpa edirlər
  • Dünən, 15:21
    UFC Şöhrət Zalının üzvü Maykl Bispinq Bakıdakı turnirin şərhçilərindən biri olacaq
  • Dünən, 14:35
    Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
  • Dünən, 12:10
    Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
  • Dünən, 11:50
    Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
  • Dünən, 11:19
    Ukrayna Qara dənizdə Rusiya katerinin vurulduğunu açıqlayıb
  • Dünən, 10:23
    DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib
  • Dünən, 09:49
    FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  • 26-06-2026, 18:07
    Zakir Həsənov yeni istifadəyə verilən idman zalında və Baş Klinik Hospitalda yaradılan şəraitlə tanış olub
  • 26-06-2026, 17:37
    Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik edib
  • 26-06-2026, 13:04
    Həftəsonu Bakı və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 26-06-2026, 12:15
    Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 26-06-2026, 11:46
    Qüdrətin və Qürurun Təcəssümü - Azərbaycan Silahlı Qüvvələrinin Şanlı Salnaməsi
  • 26-06-2026, 11:15
    Azərbaycan neftinin qiyməti 1 %-dən çox artıb
  • 26-06-2026, 10:22
    Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir
  • 26-06-2026, 09:40
    Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • 26-06-2026, 09:15
    Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
  • 26-06-2026, 08:53
    Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
  • 25-06-2026, 18:00
    Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək
  • 25-06-2026, 17:35
    XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir
  • 25-06-2026, 17:02
    Həftəsonu Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
  • 25-06-2026, 16:42
    İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib
  • 25-06-2026, 16:17
    İfşa olunan Fransa: Rəsmi Paris və deputatların cani erməni sevdası – ŞƏRH
  • 25-06-2026, 13:10
    Sabahın hava proqnozu açıqlanıb
  • 25-06-2026, 12:42
    Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə