• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Brüssel görüşünün təfərrüatları - Ermənistanla bağlı təhlükəli plan - ŞƏRH

Gündəm / Siyasət

17-04-2024, 18:44

Brüssel görüşünün təfərrüatları - Ermənistanla bağlı təhlükəli plan - ŞƏRH


Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ arasında aprelin 5-də keçirilən üçtərəfli görüşün təhlükəli təfərrüatları bəlli olmaqdadır. Xəbərlərə görə, Ermənistanın baş nazir Nikol Paşinyan bağlı qapılar arxasında Aİ və ABŞ-nin hərbi təhlükəsizliklə bağlı təqdim etdikləri pakta imza atıb.MDB məkanında təhlükəsizliklə bağlı presedent sayılan sənədlə bağlı təfərrüatlar Vaşinqton və Brüsselin riyakarlığını və yalanlarını təsdiqləyir. Halbuki, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqlarında iddia ediblər ki, Brüssel görüşü Bakıya qarşı yönəlməyib. Guya görüşdə sırf iqtisadi əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaqdı.

Mətbuatda yayılan xəbərlərə görə, Birləşmiş Ştatlar Brüsseldə İrəvan üçün yeni hərbi doktrinanın işlənib hazırlanmasını, hətta strateji müdafiə icmalının həyata keçirməsini təklif edib. Bu bənd iki ölkə arasında hərbi əməkdaşlığın dərinləşməsini nəzərdə tutur. Beləliklə, forpost ölkə bir dövlətin nəzarətindən çıxıb, daha geniş mənada dövlətlərin ağuşuna atılır. Yeni hərbi doktrina Ermənistanın əvvəlki müdafiə strategiyalarının yenidən nəzərdən keçirilməsi ilə yanaşı, ölkənin milli təhlükəsizlik məsələlərinə yeni yanaşmanı nəzərdə tutur. Önəmli olan odur ki, İrəvana vəd edilən 65 milyon dollar gələcəkdə arta bilər.

Birincisi, təbii ki, sazişin hədəfi Rusiyadır. ABŞ rəhbərliyi gözəl başa düşür ki, Ermənistan Azərbaycanla yeni müharibə aparmaq iqtidarında deyil. Bu səbəbdən də İrəvanı Kremlin orbitindən çıxarmağı hədəf götürüb. Qarşı tərəf də bu istiqamətdə addımlar atıb. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dondurub, növbədə isə Rusiyanın 102 saylı hərbi bazasının Ermənistandan çıxarılmasıdır. N.Paşinyanın açıqlamalarından belə görünür ki, bu da gec-tez reallaşacaq.

İkincisi, ikitərəfli hərbi əməkdaşlıq Ermənistanın NATO ilə tərəfdaşlığının genişləndirilməsini nəzərdə tutur. Söhbət Fərdi Tərəfdaşlıq Proqramı (PARP) və Əməliyyat İmkanları Konsepsiyasından (OCC) gedir. Yəni İrəvanın sürətlə NATO-ya yaxınlaşdırılması əsas prioritetlər sırasındadır. Bu isə Ermənistan ətrafında ciddi ssenarilərin qurulmasından xəbər verir. Təbii ki, Rusiya asanlıqla Ermənistanı tərk etməyəcək. Bu da ölkənin ikinci Suriyaya çevrilməsinə gətirib çıxaracaq. Digər bir məsələ ondan ibarətdir ki, yeni paktda Ermənistan ordusunun gücləndirilməsi nəzərdə tutulub. Bura NATO ilə birgə irimiqyaslı təlimlərin keçirilməsi, təcrübə mübadiləsi, hərbi potensialın möhkəmləndirilməsi daxildir.

Yeni planda nəzərdə tutulan məsələlərdən biri də sərhəd nəzarəti və təhlükəsizliyidir. Burada İranla bağlı məqamlar da öz əksini tapıb. Belə ki, xüsusi diqqət İranla sərhədə ayrılacaq. Təbii ki, bu, Tehran rejiminin ciddi narazılığına səbəb olacaq. İslam Respublikası heç bir halda sərhədləri yaxınlığında düşmən saydığı ölkənin təlimlər keçirməsinə yol verməyəcək. Rusiya hərbçiləri Ermənistandan çıxarıldıqdan sonra ABŞ İrana qarşı daha geniş kəşfiyyat əməliyyatları apara biləcək. İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ölkəsinin mövqeyini bu günlərdə dilə gətirib. O bildirib ki, ABŞ və NATO münaqişələrin həlli bəhanəsi ilə regionun işlərinə qarışmağa çalışır.

İran üçün təhlükəli olan ABŞ-nin Ermənistana analitik qruplar göndərəcəyidir. Qrup Ermənistanın hava hücumundan müdafiəsi imkanlarını yenidən qiymətləndirəcək. Belə bir addım ABŞ-nin Rusiya və KTMT-nin regionda təsirini azaltmaq istəyinin tərkib hissəsidir və işin müəyyən hissəsi artıq aparılır. Fransanın Ermənistana göndərdiyi radar sistemləri də bunu sübut edir. Bu kontekstdə ABŞ Rusiyanın İrəvana hərbi təsirini azaltmaq üçün nəzərdə tutduğu Ermənistanın hava hücumundan müdafiəsini gücləndirmək planı, bununla bağlı tədarük olunan texnologiya, təlim və dəstək vasitələri ilə prosesdə əsas rol oynamağı planlaşdırır. Mühüm məsələlərdən biri də Ermənistanın qabaqcıl hərbi texnika və yeni texnologiyalara çıxışını asanlaşdırmaq üçün İrəvana Xarici Hərbi Maliyyələşdirmə (FMF) vəsaiti verəcəyidir.

Aİ-yə gəldikdə, təşkilat Ermənistan ordusuna dəstək məqsədilə Avropa Sülh Fondu çərçivəsində yardım paketini qəbul edəcək. Bu paket Ermənistanın müdafiə sektorunda milli təhlükəsizliyini, sabitliyini və dayanıqlığını gücləndirmək məqsədi daşıyır. Məlumatlara görə, Avropa Sülh Fondu vasitəsilə Ermənistana yardım paketinin qəbulu məsələsində artıq Avropa İttifaqında konsensus əldə olunub.

Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan ərazisində qeyri-regional güclərin mövcudluğu artacaq. Hazırkı geosiyasi gərginlik kontekstində belə əməkdaşlıq Qərbin Ermənistanda Rusiyanın təsirini azaltmaq üçün növbəti cəhdidir. Görünən də odur ki, İrəvan son dərəcə riskli, onun üçün böyük faciə ilə nəticələnə biləcək oyuna qoşulub.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

3-04-2024, 21:44

Paşinyanla Brüsseldə “iqtisadi gündəm”in hərbi hədəfi

Gündəm / Siyasət

3-04-2024, 19:13

Üçtərəfli görüş gərginliyə gətirib çıxaracaq - PREZİDENT

Gündəm / Siyasət

3-04-2024, 18:43

Blinken İlham Əliyevə zəng etdi

Gündəm / Siyasət

3-04-2024, 18:54

“5 aprel görüşü Azərbaycana qarşı deyil” - Blinken

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 18:18
    Qusarda təcili yardım maşını qəzaya düşdü - Foto
  • Dünən, 18:03
    Azərbaycan ilə BP şirkəti arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
  • Dünən, 17:37
    Qlobal arenada Yeliseyin azalan nüfuzu - Silah bazarında zəifləyən Fransa - ŞƏRH
  • Dünən, 17:05
    Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi açıqlanıb
  • Dünən, 16:24
    Şagirdlərin yerdəyişməsi dayandırılır
  • Dünən, 15:40
    Məhkəmə qərarlarını dəyişdirmək adı altında 100 min manatlıq dələduzluq edən 4 nəfərə hökm oxunub
  • Dünən, 15:09
    "Formula 1"ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
  • Dünən, 14:28
    Şuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar
  • Dünən, 13:10
    Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
  • Dünən, 12:21
    Rusiyanın nəqliyyat naziri: Zelenskinin təhdidləri ilə bağlı xarici aviaşirkətlərə lazımi izahat verdik
  • Dünən, 11:48
    Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti və sülh prosesini müzakirə edib
  • Dünən, 11:03
    Şahin Bağırov Samuxda vətəndaşları qəbul edəcək
  • Dünən, 10:22
    FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib
  • Dünən, 09:47
    Sulutəpə və Xocasən qəsəbələrində qaz olmayacaq
  • Dünən, 09:19
    Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb - YENİLƏNİB
  • Dünən, 08:52
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 2-09-2026, 18:25
    Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
  • 2-09-2026, 17:16
    Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH
  • 2-09-2026, 17:01
    Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı
  • 2-09-2026, 16:12
    Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH
  • 2-09-2026, 15:46
    Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib
  • 2-09-2026, 15:06
    ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib
  • 2-09-2026, 14:25
    İlham Əliyev: "Bir kəmər, bir yol" layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir
  • 2-09-2026, 13:59
    İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
  • 2-09-2026, 13:24
    Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq
  • 2-09-2026, 12:40
    TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir
  • 2-09-2026, 11:47
    Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
  • 2-09-2026, 11:21
    Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq
  • 2-09-2026, 10:41
    ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq
  • 2-09-2026, 09:58
    Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
  • 2-09-2026, 09:29
    Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək
  • 1-09-2026, 18:48
    Zamanın gizli kitabı
  • 1-09-2026, 18:31
    Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib
  • 1-09-2026, 17:53
    Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb
  • 1-09-2026, 17:07
    Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə