• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH

Gündəm / Siyasət

20-08-2024, 20:23

Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH


Ermənistan hökumətinin qarşısında duran ən problemli sahələrdən biri də məşğulluqla bağlıdır. Bu gün statistik rəqəmlər ölkədə işsizliyin və işləyən yoxsulların sayının dayanmadan artdığını göstərir.Nikol Paşinyan hakimiyyətə gələndə verdiyi vədlərdən biri də ölkədəki işsizliyi minimum həddə çatdırmaq olsa da, son illərdə bunun əksi müşahidə edilib. Hakim partiyanın səriştəsizliyi və qəbul etdiyi səhv qərarlar nəticəsində işsizlik və yoxsulluq artıq pik həddə çatıb. Ermənistanın əmək bazarında müşahidə edilən qəribə tendensiya isə bir sıra mətləblərdən xəbər verir. Səlahiyyətli şəxslər minlərlə yeni iş yerinin açıldığını bəyan etsələr də, digər tərəfdən rəsmi statistikada işləyənlərin sayında minlərlə azalma qeydə alınır. 2024-cü ildə isə son dörd ilin ən pik işsizlik səviyyəsi qeydə alınıb.

Hökumət isə saxta rəqəmlərlə xalqın başını qatmağa davam edir. Məsələn, ilin əvvəlində iqtisadi aktivlik artımı 15 faizə çatmışdı. Amma ötən ilin birinci rübündə 179.6 min nəfər rəsmən işsiz idisə, cari ilin birinci rübündə bu rəqəm 204.4 min nəfərə çatıb. Əvvəlki dövrlə müqayisədə bu, 25 min nəfər və ya 14 faiz çox deməkdir. Eyni zamanda ötən ilin sonu ilə müqayisədə də işsizliyin aktivləşməsi qeydə alınıb. Həmin dövrdə rəsmi statistikada 177,4 min nəfər işsiz qeydə alınıbsa, bu ilin əvvəlinə 204,4 min nəfər işsiz qeydə alınıb. Əvvəlki ilin sonu ilə müqayisədə işsizlərin sayı 27 min nəfər artıb. 2021-ci ilin birinci rübündə Ermənistanda 193 min, 2022-ci ildə 188.4 min, 2023-cü ildə isə 179.6 min nəfər işsiz kimi qeydiyyata alınıb. Real mənzərə isə bu rəsmi rəqəmlərdən qat-qat çoxdur. Bunun isə bir sıra səbəbləri var. Əsl səbəb isə hakim komandanın yarıtmaz siyasəti, alınan səhv qərarlar və korrupsiyalaşma kimi faktlardır. Həm nominal ifadədə işsizlərin sayı artıb, həm də işsizliyin səviyyəsi dərinləşib.

Ermənistan iqtisadiyyatına xarici təsirlər bir sıra amillərlə aktivləşdikdən sonra işsizliyin azalmasına da öz töhfəsini verdi. Bununla belə, bu ilin əvvəlindəki tendensiyaların sübut etdiyi kimi, Ermənistanda hələ də yüksək iqtisadi artım müşahidə olunsa da, əmək bazarına bu təsirlər zəifləməyə başlayıb. Lakin bu artımlar sosial əhəmiyyətini itirmiş amillərlə bağlıdır.

Qeyd edək ki, bu il iqtisadiyyatın artımını şərtləndirən əsas amil qızılın məlum təkrar ixracı olub ki, bu da artım köpüyü yaradıb. Onun sırf iqtisadi, eləcə də sosial və büdcə əhəmiyyəti çox kiçikdir. Bu, əmək bazarında da müşahidə edilir, burada ilk baxışdan yüksək iqtisadi artım şəraitində işsizlərin sayında kəskin artım və işsizlik səviyyəsinin eyni dərəcədə kəskin şəkildə dərinləşməsi müşahidə olunur.

İşsizliyin artması ilə bərabər məşğulluq da azalıb. Rəsmi məlumatlara görə, ötən ilin birinci rübündə Ermənistanda təxminən 1 milyon 130 min nəfər, bu il 1 milyon 116,4 min nəfər işlə təmin olunub. Məşğul olanların sayı 13 mindən çox azalıb. Məşğulluq səviyyəsi də pisləşib. Ötən il əmək qabiliyyətli əhalinin 50,9 faizi, bu il 48,7 faizi məşğul olub. Yəni, rəsmi olaraq, 2.2 faiz bəndi geriləmə var. Yenə də vurğulamaq yerinə düşər ki, reallıqda isə rəqəmlər qat-qat artıqdır və bu tendensiya durmadan artdığı üçün ermənilər ölkəni sürətlə tərk edir, digər ölkələrə miqrasiya edərək iş tapmağa çalışırlar.

Bir tərəfdən işsizliyin artması, digər tərəfdən isə məşğulluğun azalması narahatlıq doğurmaya bilməz. Bu o deməkdir ki, iqtisadi artımın hətta aşağı nəticələrinin olduqca qeyri-mütənasib paylanması və cəmiyyətin sosial qütbləşməsinin dərinləşməsi var. Onsuz da Ermənistanda qütbləşmə dərindir. İqtisadiyyatın inklüzivliyindən danışmağın ümumiyyətlə mənası yoxdur. Bu tendensiya yaxın gələcəkdə də davam edərsə, cəmiyyət getdikcə daha çox sosial gərginliyin dərinləşməsi ilə üzləşəcək. Artıq başqa istiqamətlərdə də müəyyən impulslar var. Bu, xüsusən də maaşlarda nəzərə çarpır. Əmək haqqının artım tempi xeyli zəifləyib. Bu, xüsusilə təhlükəlidir, çünki o, təkcə sosial deyil, həm də iqtisadiyyatın ayrı-ayrı sektorları və maliyyə sistemi üçün daha dərin nəticələrə səbəb ola bilər.

Hakim partiya isə bu problemlərlə məşğul olmaq əvəzinə, vəziyyəti daha da qəlizləşdirir. Məsələn, bu gün Ermənistanda dövlət proqramları əsasən yol və məktəb tikintisinə yönəlib. İşsizliyi aradan qaldırmaq, müavinətləri və pensiyaları artırmaq məsələsinə gəldikdə isə, hökumət nümayəndələri bir ağızdan “biz yol çəkirik, məktəb tikirik, insanların yaşayış şəraitini yaxşılaşdırırıq” tipli bəhanələri üyüdürlər. Bu gün Ermənistanın bir sıra bölgələrində əhali sayı azaldığı üçün məktəblər getdikcə bağlanır, belə bir halda yeni məktəblərin inşası kimə lazımdır? Cavab isə keçirilən tenderlərdə gizlənib. Araşdırmalar zamanı məlum olur ki, yol və məktəb tikintisi üçün keçirilən tenderlərdə əsasən hakimiyyətdə təmsil olunan yüksək ranqlı məmurların şirkətləri iştirak edir. Bir çox hallarda isə tender keçirmədən layihə bir şirkətə verilir. Səbəb kimi isə vaxt darlığı göstərilir. Əksər hallarda isə layihələr sadəcə kağız üzərində qalır, büdcədən ayrılan maliyyə ciblərə axır. Parlamentin spikeri Alen Simonyanın qardaşına məxsus “Avroasfalt1” şirkəti demək olar ki, yol tikintisi sahəsini inhisara götürüb. Başqa bir misal, tikinti şirkətləri əsasən deputatlara və onların həyat yoldaşlarına məxsusdur. Hətta tikinti üçün lazım olan materiallar da bu tip şirkətlər vasitəsilə həyata keçirilir. Belə tendensiya isə özəl şirkətlərin müflis olub bazardan çıxmasına, qısacası iş yerlərinin azalmasına səbəb olur.

Digər bir tendensiya isə son dövrlər özəl şirkətlərə qarşı açılmış cinayət işləri ilə bağlıdır. Məlum olub ki, Ermənistanda iqtisadi fəaliyyətlə məşğul olan şirkətlərə qarşı açılan cinayət işlərində çox şiddətli artım qeydə alınıb. Bu işlərə isə hakim partiya tərəfindən təyin edilmiş hakimlər qrupu baxır. Bütün işlər prokurorluq orqanları tərəfindən konkret bu şəxslərə ötürülür. Hakimlər isə vergidən yayınan, müəyyən xırda qanunsuz əməllərə əl atan iş adamlarını sıxmaq, məngənəyə salmaq, yeni qəbul edilmiş qərarlarla özlərindən asılı vəziyyətə salmağa çalışırlar. İş adamı həbs edilir, onun vergidən yayındığı müəyyən edildikdən sonra təkcə dəyən ziyanı ödəmir. Eyni zamanda qanunvericiliyin yeni təyin etdiyi külli miqdarda cərimələri də ödəməyə məcbur edilir.

Ermənistanın Cinayət Məcəlləsinə görə, vergidən yayınma norması və qeyri-qanuni sahibkarlıq fəaliyyətinin aparılması norması uzun illər həvəsləndirici normalar kimi qəbul edilib. Başqa sözlə, əgər onlar təqsirli bilinsə, iş adamı ödənilməmiş vergini ödəyə bilər, yaxud dövlətə dəymiş ziyanı ödəyərək bundan sonra cinayət təqibinin mütləq dayandırılmasına nail ola bilərdi. Bu yaxınlarda isə dövlət gömrük komitəsi həmin stimullaşdırıcı normaların ləğvini, sözügedən şəxslərin konkret cinayət məsuliyyətinə cəlb edilməsini təklif edib. Bu isə əslində hakim partiyanın iş adamları üzərində yeni təsir rıçaqının formalaşması deməkdir. Yəni, artıq istənilən vaxt istənilən iş adamını məsuliyyətə cəlb etmək mümkün olacaq. Belə bir təsir rıçaqı isə Paşinyan hökumətinə müxalifətə yardım edən, aksiyaları, seçkiləri maliyyələşdirən şəxsləri cəzalandırmağa, bu yoldan çəkindirməyə imkan yaradacaq. Bununla yanaşı, belə bir halın kütləviləşməsi isə iş adamlarını çətin vəziyyətə salacaq, qanunla razılaşmayanların şirkət və əmlaklarını sataraq, ölkəni tərk etməsi ilə nəticələnəcək. Bu isə öz növbəsində iş yerlərinin bağlanması, işsizliyin artması ilə müşahidə ediləcək.

Hökumətin xoşuna gəlməyən iş adamlarının həbsə göndərilməsi bizneslərin itirilməsi, şəriklərin müqavilələri pozması, bankların kredit verməməsi və verilən kreditləri geri çəkməsi ilə nəticələnəcək. Həbsə göndərilməsinin ağır nəticələrini dərk edən iş adamları isə istər-istəməz hakimiyyət nümayəndələrinin istədikləri durub-oturmaq məcburiyyətində qalacaqlar.

Hakimiyyətin atdığı addım nəticəsində yaranacaq işsizlər ordusuna bu yaxınlarda taksi sürücülərinin də qoşulması labüd hala çevrilib. Yeni qəbul edilən qərara əsasən, sentyabr ayının 1-dən etibarən taksi xidməti göstərənlər elektron vergi sisteminə qoşulmalıdırlar. Elektron nəzarət kassa aparatının istifadəsi və elektron nəzarət-kassa aparatının təqdim edilməsi də məcburi xarakter daşıyır. Sərnişin daşımalarını həyata keçirmək üçün lisenziyaya malik olmaq və dövlət rüsumu ödəmək lazımdır. Bu isə taksi xidməti göstərən şirkətlərin maliyyə yükünü artıracaq. Lakin taksi xidməti göstərən fiziki şəxslərin vəziyyəti daha çox narahatlıq doğurur. Çoxları üçün bu, yeganə dolanışıq vasitəsidir. Qarabağ ermənilərinin çoxu da bu iş vasitəsilə gündəlik çörək problemini həll edir. Söyləmək lazımdır ki, qəbul edilən qərarı normal qəbul etmək olardı. Amma burada bir nüans var. Əslində bu tip qərarlar veriləndə bu biznesin nümayəndələri ilə görüşlər keçirilir, müşahidələri dinlənilir. Sonra isə sektora ziyan vurmayacaq qərarlar qəbul edilir. Hakim partiya isə belə bir fikirdə olmadığını, çox qısa müddət ərzində yeni qərarın qəbulunun vacibliyini bildirib. Erməni siyasi kulislərində gəzən söhbətə görə isə, çox iri ranqlı bir məmur Ermənistandakı taksi biznesinə konkret nəzarət həyata keçirmək üçün belə bir qərarın verilməsinə nail olub.

Göründüyü kimi, erməni siyasi elitasının səhv qərarları və düşünülməmiş addımları ölkədə işsizliyi durmadan artırır. Bir sıra sahələrin məmurların monopoliyasında olması ilə yanaşı, səhv xarici siyasət də iş yerlərini azaldır. Məsələn, Rusiya ilə münasibətlərin günü-gündən pisləşməsi “Yuxarı Lars” keçid məntəqəsində ciddi problemlər yaradır. Nəticədə iş adamlarına külli miqdarda ziyan dəyir, məhsullar xarab olur. Bu da azmış kimi, bir müddət əvvəl Rusiya tərəfi Ermənistandan ixrac olunan konyakın keyfiyyətsiz olduğunu bəyan edib. Bu isə onlarla erməni konyak istehsalçısına zərbə, iş yerlərinin bağlanması deməkdir. Paşinyan hökuməti isə hələ də ölkədə iqtisadi inkişafdan və artımdan danışmağa davam edir.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

15-06-2024, 14:46

Köhnə avtomobillərə əlvida - Bazarda nə gözlənilir?

Gündəm / Dünya

12-06-2024, 18:58

Ermənistan XİN: Paşinyan ölkənin KTMT-dən çıxdığını bəyan etməyib

Gündəm / Siyasət

23-05-2024, 17:28

Makronun ən böyük "nailiyyəti": Fransa Avropanın ən təhlükəli ölkəsi statusu qazanıb - TƏHLİL

Gündəm / Dünya

10-04-2024, 11:48

Tarixi və real Ermənistan bir-birinə ciddi təhlükələr yaradır! - Paşinyan

İqtisadiyyat

3-04-2024, 21:55

Qızılın qiyməti bahalaşaraq rekord həddə çatıb

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 17:33
    Bab əl-Məndəb boğazı Yəmən ordusunun nəzarətinə keçib
  • Bu gün, 17:14
    Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
  • Bu gün, 16:31
    Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB
  • Bu gün, 15:18
    Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsindəki yolun bir hissəsi təmir olunacaq
  • Bu gün, 14:51
    Putin: Rusiya 2030-cu ilədək Xəzər dənizinin öyrənilməsi proqramını hazırlayacaq
  • Bu gün, 12:58
    Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq
  • Bu gün, 12:28
    Husilərin Ər-Riyad aeroportuna hücumlarında 3 nəfər ölüb
  • Bu gün, 11:43
    Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək
  • Bu gün, 10:40
    İlham Əliyev: Laçında keçirilən tədbirlər bu diyarın zəngin və qədim tarixi ilə daha yaxından tanış olmağa imkan yaradıb
  • Bu gün, 10:11
    Sərdar Berdiməhəmmədov: MDB formatı aktual məsələlər üzrə məsləhətləşmələr üçün cəlbedici platformadır
  • Bu gün, 09:23
    İlham Əliyev Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının iclasında iştirak üçün "Avaza" Kompleksinə gəlib
  • Bu gün, 08:53
    Bakıda bu yollarda sıxlıq var - SİYAHI
  • Dünən, 18:24
    Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 17:48
    Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
  • Dünən, 16:52
    Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
  • Dünən, 16:19
    Zelenski: Ukrayna nümayəndə heyəti danışıqlar üçün ABŞ-a gedəcək
  • Dünən, 15:58
    Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
  • Dünən, 15:09
    Rusiya ordusu Ukraynada sərnişin avtobusuna zərbə endirib, 30 nəfər ölüb
  • Dünən, 14:31
    Türkmənbaşıda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
  • Dünən, 13:05
    Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək
  • Dünən, 12:29
    Paşinyan: "Rusiya Dəmir Yolları"nın rəhbərinin ölkəmizə səfəri zamanı konsessiya məsələsi müzakirə olunacaq
  • Dünən, 12:17
    Deputat Azər Allahverənov Nardaran qəsəbəsində “Azərxalça” filialında səyyar qəbul keçirib
  • Dünən, 12:07
    Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb
  • Dünən, 11:33
    İlham Əliyev: Sülh və sabitlik Mərkəzi Asiya və Azərbaycanın inkişafının əsasını təşkil edir
  • Dünən, 11:16
    Berdiməhəmmədov: Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır
  • Dünən, 10:47
    İlham Əliyev "Avaza" Kompleksinə gəlib
  • Dünən, 09:59
    Dünya çempionatı: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır
  • Dünən, 09:38
    İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
  • Dünən, 09:12
    Paytaxtın Nizami rayonunun dörd küçəsində qaz olmayacaq
  • 7-10-2026, 18:39
    Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edilib
  • 7-10-2026, 18:03
    Sabah Masallının 5 kəndində qaz olmayacaq
  • 7-10-2026, 17:24
    Naxçıvanda oktyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb
  • 7-10-2026, 16:55
    HƏMAS-ın məğlubiyyəti – yeni Fələstinin, Yaxın Şərqin qurulması - ŞƏRH
  • 7-10-2026, 16:27
    İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib
  • 7-10-2026, 15:29
    Azərbaycanda ötən ay avtobuslardan istifadə edən sərnişinlərin sayı 16 %-dən çox artıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə