• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Türkiyə-NATO münasibəti: Alyansın qalxanı olan Cümhuriyyət - ŞƏRH

Gündəm / Siyasət

Bu gün, 17:16

Türkiyə-NATO münasibəti: Alyansın qalxanı olan Cümhuriyyət - ŞƏRH

ABŞ Prezidenti Donald Tramp iyulun 7-8-də NATO sammitinə Türkiyədə keçirildiyinə görə qatıldığını bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən əvvəl, Tramp bildirib ki, Ərdoğan olmasaydı o, bu zirvə görüşünə qatılmazdı:

"Mən NATO ilə bağlı çox məyus olduğumu demişəm, Ərdoğan olmasaydı, bu zirvə görüşünə gəlməzdim. Ərdoğan çox güclü lider, çox güclü insandır. Bu sammitin Türkiyədə keçirilməsi həqiqətən də çox böyük hadisədir. Vaşinqton Ankaradan NATO üzrə bir sıra digər tərəfdaşlarına nisbətən daha çox dəstək alır. Türkiyə bizə ənənəvi müttəfiqlərimiz hesab edilən digər ölkələrdən daha çox kömək edir".

Türkiyə ilə NATO münasibətləri heç vaxt birmənalı, hamar olmayıb. Onun Alyansa üzvlüyü 1952-ci ildə Koreya yarımadasındakı müharibəyə hərbçi göndərməsi ilə sürətlənib. Həmin il fevralın 18-də rəsmi olaraq quruma üzv qəbul edilib.

Türkiyə NATO-nun sərhəd dövlətidir. O, SSRİ dövründə Alyansa şimaldan gələn təsirlərin zərərsizləşdirilməsində uğurlu müttəfiq olub. Buna görə də Sovet İttifaqı Türkiyə daxilində müxtəlif pozuculuq fəaliyyəti ilə onun təhlükəsizliyini təhdid edib, ərazi bütövlüyünün pozulmasına çalışıb. Ona görə də həmin illərdə NATO Türkiyəyə sərhəd təhlükəsizliyinin təmin ediləcəyini vəd etmişdi.

ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri Türkiyə Silahlı Qüvvələrinin NATO daxilindəki elit mövqeyini, logistik potensialını və müasir müdafiə sənayesini yüksək qiymətləndirib.

Donald Tramp bildirib ki, insanlar Türkiyənin hərbi baxımdan nə qədər böyük və güclü bir ölkə olduğunun fərqində deyil: "O, nəhəng bir müdafiə sənayesinə və çox güclü bir orduya malikdir".

ABŞ lideri Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığını da vurğulayıb. O, Türkiyə ordusunun regionda kritik zamanda məsuliyyəti üzərinə götürə biləcək hərbi güc mərkəzi olduğunu da qeyd edib.

NATO-nun Baş katibi Mark Rütte deyib ki, Alyansdakı ən güclü ordulardan biri Türkiyəyə məxsusdur:

"Son dərəcə yaxşı təchiz olunmuş, təlim keçmiş və nəhəng müdafiə sənayesi üstünlüyünə malik bir ölkədir".

Almaniya kansleri Fridrix Merts və avropalı başqa tərəfdaşlar Türkiyəni Avropa-Atlantik təhlükəsizliyi üçün əvəzolunmaz və etibarlı müttəfiq kimi xarakterizə edir.

Türkiyə ordusu NATO-da ən böyük ikinci ordu potensialına malik olmaqla yanaşı, geosiyasi mövqeyi və çəkisinə görə vacib qərarların qəbul edilməsində aparıcı söz sahiblərindəndir.

Son illər NATO-da maliyyə məsələsi müzakirə olunan vacib mövzulardandır. Donald Tramp Alyansdakı müttəfiqlərin təhlükəsizlik xərclərinin ÜDM-in 2 faizi səviyyəsində qalmasına etiraz edərək onun 5 faizədək qaldırılmasını istəyir. Elə bu səbəbdən də o, Alyansdakı müttəfiqləri kəskin tənqid edir. Ankarada keçirilən sammitin gündəliyində müzakirə edilən məsələlərdən biri də maliyyələşmə, bu istiqamətdə təhlükəsizlik xərclərinin artırlmasıdır.

Türkiyə 32 müttəfiq arasında NATO büdcəsinə ən çox töhfə verən yeddinci ölkədir. O, Alyansa iki fərqli kateqoriyada maliyyə töhfəsi verir. Türkiyə təşkilata ÜDM-nin 6,3 %-i səviyyəsində maliyyə vəasiti ödəyir. Türkiyənin 2026-cı ildəki birbaşa töhfəsi təqribən 334 milyon avro olub.

O, NATO-nun Əfqanıstan, Kosovo və Aralıq dənizindəki təhlükəsizlik əməliyyatları ilə yanaşı, Bosniya və Herseqovinadakı "EUFOR Althea" missiyasında Avropa İttifaqından kənar ölkə kimi fəal mövqedə olub. Türkiyə həm də bir sıra ölkələr üçün NATO yanında "Təmas ölkəsi" ("Contact Country") vəzifəsini icra edir, Cənubi Qafqazda nüfuz və mövqeyi ilə bu işin öhdəsindən gəlir. NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində onun Azərbaycan və Gürcüstanla əlaqələrini göstərmək olar.

Türkiyə Cənubi Qafqazda təhlükəsizlik riskləri qarşısında Avropa-Atlantik təhlükəsizliyini dəstəkləyən, NATO standartlarını bölgəyə daşıyan, eyni zamanda, İttifaqın bölgədəki müstəqil və tarazlayıcı bir gücü olaraq ön plana çıxır.

Mərkəzi Asiyadan başlayaraq Azərbaycan və Türkiyə üzərindən keçən Orta Dəhliz və enerjidaşıyıcıları marşrutları bölgənin təhlükəsizliyini yalnız hərbi deyil, həm də iqtisadi və logistik baxımdan da NATO üçün əvəzolunmaz olaraq qalmaqdardır.

Son illərdə Türkiyənin hərbi sənaye kompleksində nəzərəçarpan irəliləyiş olduğu müxtəlif səviyyələrdə etiraf olunur.

Türkiyə NATO-nun Balkanlar və Cənubi Qafqaz kimi ətraf bölgələrin inteqrasiyası ilə Aralıq dənizi Dialoqu kimi tərəfdaşlıq təşəbbüslərini aktiv şəkildə dəstəkləyir. Şimali Atlantik Alyansı ölkəsi olaraq Türkiyənin hərbi sənaye kompleksi daxili tələbatın 80 faizdən çoxunu təmin edir.

NATO ölkəsi olaraq Türkiyənin müharibə aparan Rusiya və Ukrayna ilə münasibətləri də yüksək səviyyədədir. Bu ona Moskva və Kiyev, habelə Kreml və Brüssel arasında əlaqə qurmasına yardım edir.

Türkiyə NATO-nun Yaxın Şərqdə sonuncu sərhədidir. Bu baxımdan, regionda baş verənlər fonunda onun davranışı həm də Alyansın nüfuzuna təsir baxımdan göstərici sayılır. Odur ki, rəsmi Ankara yalnız öz dövlətinin deyil, həm də təmsil olunduğu təşkilatın nüfuzunu nəzərə almağa çalışır. Ancaq Alyansla Türkiyə münasibətlərində zaman-zaman gərginliklər müşayiət olunub.

Yuxarıda qeyd etdiyimiz kimi, "soyuq müharibə" illərində keçmiş SSRİ Türkiyəni parçalamaq, onun təsir imkanlarını azaltmaq məqsədilə pozuculuq fəaliyyəti göstərən müxtəlif təşkilatlar qurub. Onlardan biri də PKK terror təşkilatıdır. Bu və onun Suriyadakı, İraqdakı qolları Türkiyənin NATO-dakı müttəfiqləri tərəfindən silah sursat, hərbi texnika ilə təmin olunub, siyasi dəstək verilib.

Rəsmi Ankara Şimali Atlantika təşkilatının 4-cü maddəsinə əsasən, NATO-nun istənilən üzv ölkəsinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyinin təhdid altında olduğu hallarda bütün müttəfiqləri ilə məsləhətləşmələr aparır. Bu maddə birbaşa hərbi müdaxiləni nəzərdə tutmasa da, böhranları qiymətləndirmək üçün ortaq bir zəmini təmin edir. Rəsmi Ankara bu məqsədlə bir neçə dəfə Alyansdakı müttəfiqlərə müraciət edib. İraq, Suriyadakı vəziyyətlə əlaqədar tərəfdaşları qarşısında davamlı olaraq təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində məsələlər qaldırıb.

Habelə, Türkiyənin ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyini nəzərə almayan müttəfiqlər uzun müddət PKK və onun qollarını təmin ediblər. Türkiyəyə "Patriot" Hava Hücumunda Müdafiə Sistemi verilməsində çoxlu maneələr yaradılıb. Rusiya ilə "S-400" zenit -raket kompleksinə dair müqavilə imzalayandan sonra Brüssel Ankaranı tənqid etməyə başladı. Bildirdi ki, NATO üzvü olan dövlətin RF-dən belə qurğu alması maraqlarına uyğun deyil. Hətta Türkiyəyə qarşı sanksiyalar belə tətbiq olundu. Onu "F-35" layihəsindən uzaqlaşdırdılar və s. Ancaq sonrakı dövrlərdə baş verənlər Cümhuriyyətin mövqeyinin doğru olduğunu təsdiqləmişdi. Belə ki, Suriyada keçmiş PKK-nın qollarının tərk-silah edilməsində yaşanan çətinliklər buna örnək ola bilər.

Son zamanlar Fransanın Yunanıstan və Kipr Respublikası (yunan Kipi) ilə adaya hərbi qüvvə yerləşdirməsi ilə bağlı müqavilə imzalaması Alyansla Cümhuriyyət arasındakı mövcud problemlərdəndir. Adada yerləşdirilən Fransa hərbçisi silahı gələcəkdə kimə, hansı dövlətə qarşı istifadə edəcək? Türkiyədə hesab edirlər ki, bu onlara qarşı nəzərdə tutulur. Bu isə NATO – Cümhuriyyət arasında təzadlardandır.

Oxşar məsələ İsveçin Alyansa üzv olduğu zamanda gündəliyə gəlmişdi. Skandinaviyanın bu ölkəsi ərazisində Türkiyəyə qarşı olan terrorçulara sığınacaq vermişdi. Onda rəsmi Ankara belə bir mövqe ortaya qoymuşdu: "Bizə qarşı olan terrorçuları himayə edən dövlətin yolunda əsgərimiz necə ölə bilər?".

Zaman ötdükcə Qərb bloku, o cümlədən NATO üzvləri Türkiyənin onlar üçün önəmini anlamağa başlayır. Düzdür, ötən əsrin əvvəllərində Osmanlını parçalayıb, onu dünyanın siyasi xəritəsindən silmək istəyənlərin mövqeyi bu gün də dəyişməz qalıb. Elə NATO-dakı müttəfiqlərin Türkiyənin əleyhinə olanları təchiz etməsi, onların Avropada QHT adı altına fəaliyyət göstərməsinə şərait yaradanlar bu düşüncənin daşıyıcılarıdır. Ancaq hadisələr onlara Cümhuriyyətin onlar üçün sipər olduğunu isbatladı. İŞİD terror qruplaşmasının, Suriya və İraqdakı başqa belə qanunsuz silahlıların fəaliyyəti nəticəsində 3,5 milyondan çox suriyalı, iraqlı və regiondan olan başqa ölkələrin vətəndaşlarının Türkiyəyə sığınmasını, onların NATO ölkələrinə köç etməsinin qarşısının alınmasını xatırlamaq yetərlidir.Odur ki, Türkiyə NATO üçün Yaxın Şərqdə, Cənubi Qafqazda, Aralıq dənizində, Balkanlarda, Qara dənizdə, Mərkəzi Asiyada (Türküstanda) əməkdaşlıq, təhlükəsizlik qalxanı və qələmi sayıla bilər.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

26-05-2025, 10:30

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:23
    Azadlıq uğrunda Fransa imperializminə qarşı - Korsikanın siyasi və tarixi mübarizəsi - ŞƏRH
  • Bu gün, 17:16
    Türkiyə-NATO münasibəti: Alyansın qalxanı olan Cümhuriyyət - ŞƏRH
  • Bu gün, 15:57
    Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib
  • Bu gün, 15:44
    Bir qrup diplomata diplomatik rütbələr verilib
  • Bu gün, 15:06
    HHQ və XTQ komandanları təltif olunub
  • Bu gün, 14:35
    Ərdoğan: Türkiyə NATO-ya öz imkanlarını təqdim etməyə hazırdır
  • Bu gün, 13:00
    Sabah Azərbaycanda 35 dərəcə isti olacaq
  • Bu gün, 12:31
    Azərbaycan və İordaniya viza rejimini ləğv edir
  • Bu gün, 12:06
    Dövlət Agentliyinin yeni sədr müavini kimdir? - DOSYE
  • Bu gün, 11:41
    Heç bir səhiyyə sistemi resursa doymur - TƏBİB
  • Bu gün, 11:11
    Azər Allahverənov: “Azərbaycanın beynəlxalq seçkilərdə ardıcıl uğurları çoxtərəfli diplomatiyanın effektivliyinin mühüm göstəricisidir”.
  • Bu gün, 10:45
    İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb
  • Bu gün, 10:13
    Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq
  • Bu gün, 09:47
    Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
  • Bu gün, 09:24
    ABŞ və İran bir-birinin 80-dən çox hərbi obyektinə qarşılıqlı zərbələr endirib
  • Bu gün, 08:56
    Paytaxtın Yasamal və Nizami rayonları, həmçinin Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 16:16
    Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
  • Dünən, 16:03
    Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib
  • Dünən, 15:24
    Donald Tramp NATO zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə gəlib
  • Dünən, 14:57
    Zelenski: Ukrayna NATO-nun Ankaradakı sammitindən ciddi nəticələr gözləyir
  • Dünən, 14:39
    Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası iyulun 10-da keçiriləcək
  • Dünən, 13:35
    Sabah yağış yağacaq, bəzi rayonlarda intensivləşəcək
  • Dünən, 12:54
    Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir
  • Dünən, 12:28
    Bağçalara elektron qəbul başlayıb
  • Dünən, 11:53
    Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
  • Dünən, 11:31
    Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
  • Dünən, 10:44
    Səfərbərlik Xidmətinin vəzifəli şəxslərinin məhkəməsi başlayır
  • Dünən, 10:22
    Çində güclü qasırğa 11 nəfərin ölümünə səbəb olub, 331 nəfər xəsarət alıb
  • Dünən, 09:55
    Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır
  • Dünən, 09:28
    "Sabah" UEFA Çempionlar Liqasında bu gün ilk oyununa çıxacaq
  • Dünən, 08:57
    Abituriyentlər iyulun 7-dən 20-dək bəzi sənədləri DİM-ə təqdim etməlidirlər
  • 6-07-2026, 18:59
    FHN küləkli hava ilə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
  • 6-07-2026, 18:37
    Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbəsi nəticəsində ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB
  • 6-07-2026, 18:10
    Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad ediləcək
  • 6-07-2026, 16:56
    Azərbaycan Rusiyaya nota verib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə