Ras-Laffan sənaye zonasına zərbə İrandan endirilib.
Bu barədə Qətərin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat paylaşıb.
"Qətər Dövləti İrandan ballistik raket hücumuna məruz qalıb, nəticədə Ras-Laffan sənaye şəhərinə ziyan dəyib", - deyə mətbuat açıqlamasında bildirilib.
"Qatar Energy" dövlət neft-qaz şirkəti martın 18-də bildirib ki, Ras-Laffandakı sənaye obyektləri raket atəşinə tutulub. Əmirliyin Daxili İşlər Nazirliyi əvvəlcə hücum nəticəsində başlayan yanğını lokallaşdırdığını elan edib, lakin sonradan alovun hələ nəzarətə alınmadığını dəqiqləşdirib. Zərərçəkənlər barədə məlumat verilməyib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.