• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Xocalı soyqırımının 34-cü ildönümü: Cəzalandırma prosesi və sülh təşəbbüsləri - ŞƏRH

Gündəm / Siyasət

25-02-2026, 16:36

Xocalı soyqırımının 34-cü ildönümü: Cəzalandırma prosesi və sülh təşəbbüsləri - ŞƏRH


Xocalı soyqırımından 34 il keçir. Bu, həm də Azərbaycan torpaqlarında Ermənistanın, ermənilərin və havadarlarının törətdikləri qətliamların ümumiləşdirilmiş faciəvi rəmzidir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilən bu cinayət nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

O vaxt Xocalı sakinlərinin əksəriyyəti Xankəndidə saxlanılırdı. Onda separatçı-xunta rejimi Xocalının dinc əhalisini, o cümlədən qadınları girov kimi saxlayırdı. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş idi, onların çoxuna qarşı zorakılıq tətbiq edilmişdi. Onda Xocalı sakinləri mülkiyyətlərindən məhrum edilmiş, əmlakları Xankəndidə və ətraf məntəqələrdəki ermənilər tərəfindən mənimsənilmişdi.

Deməli, xocalılılar təkcə öz şəhərlərində deyil, Xankəndidə də erməni barbarlığı ilə üzləşiblər. Ermənilər və Ermənistan azərbaycanlıların canlarına deyil, mallarına da qəsd ediblər. Qərbi Azərbaycandan tutmuş, Güney Azərbaycan, Qarabağ və ətraf rayonlarda azərbaycanlılar eyni faciə ilə üzləşiblər.

Rusiya, Fransa və başqa güclərin yüz ildən artıqdır, ermənilər üçün yaratdıqları şərait, etdikləri yardımlar səbəbindən onlar bu cinayətləri törədiblər. Ancaq 2026-cı il fevralın 5-dək heç kim törətdiyi cinayət əməlinə görə cəzalanmamışdı. Fevralın 5-də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı sülh və insanlıq əleyhinə müxtəlif cinayətlərin törədilməsində iştirak etmiş şəxslər barəsində Bakıda hökm oxunub. Ötən il yanvar ayının 17-də başlamış və bir ildən çox davam edən məhkəmə prosesində Harutyunyan Arayik, Qukasyan Arkadi, Sahakyan Bako, İşxanyan Davit, Manukyan David, Babayan David, Mnatsakanyan Levon, Beqlaryan Vasili, Qazaryan Eriki, Allahverdiyan Davit, Stepanyan Qurgen, Balayan Levon, Babayan Madat, Martirosyan Qarik, Paşayan Melikset ömürlük və ya 20 ilə qədər azadlıqdan məhrum olunublar.

Fevralın 17-də isə Azərbaycana və vətəndaşlarına qarşı törətdiyi əməllərə görə Ermənistan vətəndaşı Ruben Vardanyan da cəzalanıb. O, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və başqa ağır cinayətlərdə təqsirləndirilərək qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

İbtidai istintaqdan bir nümunə; M.Babayan ifadəsində qeyd edib ki, fevralın 24-də Arkadi Şirinyan həmin vaxt 3 bölüyün qarşısında çıxış edərək növbəti gün, yəni, 1992-ci il fevralın 25-də gecə radələrində hücuma keçərək Xocalıda yaşayan azərbaycanlı dinc əhaliyə qarşı qətliam törədəcəklərini bildirib. Onlar komandir Arkadi Şirinyanın əmrinə uyğun olaraq hazırlıq görməyə başlayıblar.

Hücuma keçməzdən əvvəl Xocalı şəhəri Xankəndi istiqamətində olan yüksək dağlıq ərazidə yerləşən artilleriya və reaktiv yaylım atəş sistemlərinin yerləşdiyi mövqelərdən top, minaatan və digər təyinatlı mərmilərlə aramsız atəşə tutulub. Təxminən 30-40 dəqiqə davam edən aramsız artilleriya, minaatan və "BM-21-QRAD" sistemlərinin atəşlərindən sonra onlar fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə daxil olublar. Şəhərə daxil olduqdan sonra hər iki tərəfdən avtomat, pulemyot, qumbaraatanlardan istifadə edilməklə Xocalıda qarşılarına çıxan dinc əhaliyə atəş açmağa, evləri yandırmağa başlayıblar. Bəzi sakinlər ayaqları yalın, qucaqlarında körpə uşaqlarla birlikdə Xocalı şəhərinin yaxınlığındakı Qarqar çayını keçərək dağlara doğru və Ağdam rayonunun Şelli kəndi istiqamətində qaçıblar. Dinc sakinlər qaçarkən əvvəlcədən şəhərin ətrafında postlar qurmuş Ermənistan silahlı qüvvələrinin digər hərbçiləri tərəfindən güllələnib.

M.Babayan da həmin vaxt əmrə əsasən qadın, kişi, qoca, yaşlı demədən avtomatla hamıya aramsız atəş açıb. Arkadi Şirinyan və digər komandirlər əmr ediblər ki, orada xüsusi vəhşiliklər törədilsin. Ümumiyyətlə, Xocalı şəhəri uzun müddət mühasirədə olduğundan sakinlər şəhərdən çıxa bilməyib, hücum zamanı çox az sayda insan oradan çıxaraq xilas ola bilib.

Fevralın 26-da səhər saat 10 radələrində onlar şəhərdə və dağlıq meşəlik ərazidə qırğınlar, talanlar törətdikdən sonra "polkovnik" Arkadi Şirinyan atəşin dayandırılması barədə əmr verib. Həmin vaxt qar yağdığı üçün səhər radələrində yerdə olan qar bütövlükdə qana bulaşmış vəziyyətdə olub. Yüzlərlə dinc sakinin meyiti ətrafa səpələnmiş şəkildə torpağın üzərində qalıb. Onların arasında azyaşlı uşaqlar, cavan-yaşlı qadınlar, kişilər, qocalar olub. Meyitləri yığan zaman ərazidə yerə uzadılmış vəziyyətdə bir neçə yaralı şəxs aşkarlanıb. Meyitləri yığdıqdan sonra 3 ədəd "URAL" markalı yük avtomobili gəlib və onlar meyitləri həmin yük avtomobillərinə yığıblar. Həmin vaxt Vamik və Şirin uca səslə gülərək qışqırıblar: "Bunlar türkdür, türklərə qarşı həmişə belə olmalıyıq".

Ümumiyyətlə, qətliam zamanı Vamik Petrosyan və Şirin Şirinyan xüsusi qəddarlıqları ilə seçiliblər.

Təqsirləndirilən şəxs Xocalıda talanların 1992-ci il fevralın 26-dan martın 8-dək davam etdiyini bildirib.

Qondarma rejimin başçısı olmuş, məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı zamanı günahsız insanların məhz azərbaycanlı olduğuna görə sistemli şəkildə məhv edilməsi ilə bağlı suallara cavabında deyib: "Onda faciənin miqyasını bilmirdik. Biz bilirdik ki, Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var. Onlar da sonradan qarşı tərəfə təhvil verilmişdi".

O, dinc əhalinin qətlini pislədiyini də vurğulayıb: "Bu, qəbuledilməzdir, müharibənin qanlı səhifələrindən biridir".

Qeyd etdiklərimiz Azərbaycan ərazisində törətdikləri cinayətlərə görə cəzalananların bir qismidir. Gələcəkdə neçə-neçə belə məhkəmənin qurulacağı da istisna deyil. Çünki Xocalı soyqırımının başlıca təşkilatçıları Robert Koçaryan, Serj Sarqsyan, Seyran Ohanyan və başqaları hələ azadlıqdadır. Bu azmış kimi, onlar hələ də Azərbaycan torpaqlarına iddia edirlər.

Bəhs etdiyimiz məhkəmə prosesləri Azərbaycana, ümumiyyətlə, istənilən ölkəyə qarşı ərazi iddiası ilə müxtəlif cinayət əməlləri törədənlər üçün bir dərsdir. 34 ildən sonra Azərbaycan torpaqlarında, o cümlədən Xocalıda soyqırımı törədənlərin cəzalanması həm də ilahi ədalətin öz yerini tapması kimi dəyərləndirilə bilər.

2024-cü il fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub. Həmin vaxt Prezident rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdi ki, 2020-ci ildə, həm keçən ilin sentyabr ayında aparılan hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə olub və bunu hər kəs bilir, heç kim Azərbaycana irad tuta bilmir:

"Bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Halbuki hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq. Bu təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz böyük xalqın nümayəndələriyik. O xalqın ki, öz gücü ilə o əsarətdən çıxdı, o xalq ki, bir yumruq kimi birləşərək düşmənin belini qırdı, o düşmənin ki, onun arxasında o vaxt və bu gün böyük dövlətlər dayanır".

Dövlət başçısı Azərbaycanın "Xocalıya ədalət!" çağırışının cavabsız qaldığına işarə edərək demişdi: "Düzdür, 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır".

Prezidentin açıqlaması Azərbaycan torpaqların ermənilərin yüz ildən artıqdır, törətdikləri soyqırımın, cinayətlərin, o cümlədən Xocalı soyqırımının başlıca sponsorlarını, sifarişçilərinin ünvanını göstərib.

2024-cü il mayın 29-da Xocalı sakinləri ilk dəfə olaraq öz yurdlarına qayıtdı.

Azərbaycan düşməni, işğalçını yerində oturtmaq, cinayətkarları cəzalandırmaqla yanaşı, sülh danışıqlarının, əməkdaşlığın təşəbbüskarıdır. Bu da onun böyük bir millətin davamçısı olduğunun göstəricisidir. Ermənistanın və ermənilərin cinayətkarı məhkəmə salonunda, sülh istəyəni isə danışıqlar masasında oturur. Xocalı və başqa faciələr isə unudulmur. Çünki Azərbaycan haqlı tərəfdir.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Cəmiyyət

30-08-2024, 10:20

Bu gün Beynəlxalq İtkinlər Günüdür

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 16:55
    İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil - ŞƏRH
  • Bu gün, 16:27
    Pakistan ABŞ və İranı silahları yerə qoymağa və danışıqlara çağırıb
  • Bu gün, 15:43
    Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq
  • Bu gün, 15:08
    Azərbaycan, Türkiyə və Gürcüstandan keçən strateji obyektlərin müdafiəsi ilə bağlı təlim keçiriləcək
  • Bu gün, 14:50
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Bu gün, 12:50
    Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
  • Bu gün, 12:13
    Hakan Fidan: Rusiya-Ukrayna müharibəsinin Qara dənizə yayılmasını istəmirik
  • Bu gün, 11:39
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
  • Bu gün, 10:57
    Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
  • Bu gün, 10:06
    Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
  • Bu gün, 09:46
    Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb
  • Bu gün, 09:26
    "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır
  • Dünən, 18:30
    Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək
  • Dünən, 18:00
    Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb
  • Dünən, 18:00
    Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
  • Dünən, 17:29
    "Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub
  • Dünən, 16:56
    Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir
  • Dünən, 16:20
    Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
  • Dünən, 15:58
    Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • Dünən, 15:14
    Azərbaycan qlobal logistika xəritəsini yenidən formalaşdırır - Çin-Mərkəzi Asiya və Orta Dəhliz sınağı - ŞƏRH
  • Dünən, 14:45
    "Jamestown": Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir
  • Dünən, 13:11
    Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq
  • Dünən, 12:37
    Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı
  • Dünən, 11:22
    Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • Dünən, 11:11
    İlham Əliyev Ərdoğana Türkiyədə "Demokratiya və Milli Birlik Günü" münasibətilə məktub ünvanlayıb
  • Dünən, 10:44
    Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək
  • Dünən, 10:27
    Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib
  • Dünən, 09:53
    Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır
  • Dünən, 09:35
    Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb
  • Dünən, 09:10
    Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəyə təbrik ünvanlayıb
  • 14-07-2026, 19:00
    İsrail Livanda iki "pilot zonadan" qoşunlarının çıxarılmasını nəzərdən keçirməyə hazırdır
  • 14-07-2026, 18:30
    Sibiqa: Türkiyə XİN başçısı sabah Ukraynaya səfər edəcək
  • 14-07-2026, 17:50
    Azərbaycan və Slovakiya daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
  • 14-07-2026, 17:23
    Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər
  • 14-07-2026, 17:04
    Əli Əsədov "Damen Shipyards Group" şirkətinin baş icraçı direktoru ilə görüşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə