• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Tarixi gün - Azərbaycan, Ermənistan və dünya tarixi sülh qərarının bir addımlığında - ŞƏRH

Gündəm / Cəmiyyət

8-08-2025, 15:46

Tarixi gün - Azərbaycan, Ermənistan və dünya tarixi sülh qərarının bir addımlığında - ŞƏRH


Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ştatlara tarixi səfəri davam edir. Amerikalı həmkarı Donald Trampın dəvəti ilə baş tutan işgüzar səfər dünyanın diqqət mərkəzindədir. Donald Trampın da xüsusi qeyd etdiyi kimi, “avqustun 8-i Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq” bəyanatının imzalarla təsdiqinə artıq saatlar qalıb. Artıq imzalanacaq sənədlərin siyahısı da yayılıb. Burada nələr əks olunub - ABŞ-Azərbaycan əməkdaşlığını yeni mərhələyə - strateji mərhələyə qaldıracaq sənədlərin imzalanması, bu məqsədlə Strateji İşçi Qrupunun yaradılması.

Ən əsası səfər çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamə imzalanacağı gözlənilir. Artıq mövcud olmayan Minsk qrupunun sadəcə rəsmən ləğv edilməsi də nəzərdə tutulub. Ermənistan isə sülh müqaviləsinin imzalanması üçün Konstitusiyasına dəyişiklik etməyi öz üzərinə götürəcək.

Ən mühüm məsələlərdən biri də Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında quru yolla maneəsiz keçidin təmin edilməsinin təsdiqlənməsidir. Və bu da "Zəngəzur dəhlizi"nin reallaşması deməkdir.

"Report"un əldə etdiyi məlumata görə, səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampın "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacağı da gözlənilir. ABŞ Konqresi tərəfindən 1992-ci ildə qəbul olunmuş bu sənəd Azərbaycanın maraqlarına zidd olan və ədalətsiz qanunvericilik aktıdır. Bu düzəliş, Azərbaycana ABŞ-nin birbaşa yardımını qadağan edirdi. Bədnam düzəliş işğal dövründə Azərbaycanın üzləşdiyi ən böyük haqsızlıqlardan biri kimi dəyərləndirilirdi. Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ lideri Donald Tramp arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, bu ədalətsizliyin də tam aradan qaldırılacağı gün uzaqda deyil.

Prezident İlham Əliyevin ABŞ səfərinin ilk gününü məhsuldar və səmərəli adlandırmaq olar. Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşüb. Xüsusi elçi Moskva səfərindən dərhal sonra birbaşa Prezident İlham Əliyevlə görüşə gəlməsi önəmlidir. Dövlətimizin başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.

Ardınca da Prezident İlham Əliyevin Uitkoff ilə ayrıca görüşü olub. Görüşdə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərimizin gündəliyinin və regional məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib. Söhbət zamanı Azərbaycanla ABŞ-nin strateji müstəvidə əməkdaşlığının inkişaf perspektivləri, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi və regiondakı sülh gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Diqqət çəkən digər məqam dünya mediasının Vaşinqton səfərinə diqqət və marağıdır. Əksər xarici media, telekanallar görüşü geniş şəkildə işıqlandırmaqla əldə olunacaq razılaşmaları xüsusi qabardırlar. Xarici medianın diqqəti ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazdıqlarına daha çox yönəlib. Xüsusilə onun “Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm”, - fikirləri baş xəbər kimi bildirilib. Bu fikirlərin ABŞ-nn Azərbaycana verdiyi önəmin göstəricisi kimi qiymətləndirilib.

Donald Trampın fikirlərində ən diqqət çəkən məqam onun Azərbaycanla Ermənistan arasında uzun illər davam etmiş münaqişəyə münasibətdə obyektiv, səmimi və barış mövqeyindən çıxış etməsidir. “Bu iki xalq uzun illərdir ki, müharibə aparır və bu, minlərlə insanın ölümü ilə nəticələnib. Bir çox liderlər indiyədək müharibəni bitirməyə çalışdılar, lakin uğur əldə edə bilmədilər. Mənim administrasiyam uzun müddətdir ki, hər iki tərəflə işləyir”, - deyə Tramp qeyd edib.

Ağ Evin rəhbəri daha sonra vurğulayıb ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla birlikdə Ağ evdə sülhə dair sənədin imzalanma mərasimi olacaq. Birləşmiş Ştatlar, həmçinin Cənubi Qafqaz regionunun potensialını tam şəkildə açmaq və iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq. “Mən böyük Azərbaycan və Ermənistan xalqları üçün düzgün iş gördüklərinə görə bu cəsarətli liderlərlə çox fəxr edirəm. Bu, Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq”, - deyə o vurğulayıb.

ABŞ-nin dövlət katibi Marko Rubio isə jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq razılaşma sülh sazişi üçün başlanğıc olacaq. “ABŞ Prezidenti sülhə sadiqdir və sülhsevər prezident olmaqda qərarlıdır. Biz Hindistan və Pakistan müharibəyə başladıqda birbaşa müdaxilə etdik və dövlət başçısı sülhü təmin edə bildi. Bu yaxınlarda Kamboca və Tailandda bənzər hadisə yaşandı. Biz ümid edirik ki, Azərbaycan və Ermənistanla bağlı da buna nail olacağıq. Bu həftənin cümə günü razılaşma imzalamaq və onu sülh sazişinin başlanğıcı etmək üçün burada olacağıq".

Və bütün bu açıqlamalrın fonunda Ermənistan Baş naziri Nikol Paşinyan maraq və diqqət çəkən bir paylaşımla çıxış edib. O paylaşımında xristian dininin müqəddəs kitabı İncilin “Matta 5:9” ayəsindən sitat gətirib. Həmin sitatda isə deyilir: “Sülh yaradanlar nə bəxtiyardırlar! Çünki onlar Allahın övladları adlanacaqlar”. Və bu fikirlər də sülh sazişinin imzalanacağı ehtimalını daha da gücləndirmiş olub.

Göründüyü kimi, ABŞ danışıqlarının gündəliyi tam olaraq Azərbaycanın irəli sürdüyü sülh təşəbbüslərindən ibarətdir. Bu baxımdan sadaladığımız məsələlərlə bağlı gözlənilən razılaşmalar Prezident İlham Əliyevin diplomatik qələbəsi kimi qiymətləndirilə bilər.

Birləşmiş Ştatlar liderlərinin mövqeləri əvvəlki mövqedən tamamilə, köklü şəkildə fərqlənir. Bu mövqe regionda sülh və əmin-amanlığın bərqərar olması, region ölkələri arasında əbədi sülhün bərqərar olmasın üzərində qurulub. Donald Tramp administrasiyasının mövqeyini Qarabağda münaqişə başlayandan bəri ən obyektiv yanaşma kimi qiymətləndirmək mümkündür. ABŞ Cənubi Qafqaza qayıtmaqla yanaşı, regionda nüfuz qazanmaq, sülhü bərqərar edən ölkə kimi tarixə düşmək niyyətindədir. Vaşinqtonun addımları və Azərbaycanla güclənən münasibətləri bölgədə sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.

Ən əsası Vaşinqton görüşü regionda yeni geosiyasi reallığın yaranmasına və balansların formalaşmasına səbəb olacaq. Bu vəziyyətdə isə rəsmi Bakı əsas aktor kimi çıxış edəcək. Ermənistan isə bu görüşdən sonra konkret qərar verməli, Azərbaycanın haqlı tələblərini gecikmədən yerinə yetirməli və regionun nəqliyyat infrastrukturunu blokdan açmalıdır.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

8-08-2025, 08:32

Tramp: Avqustun 8-i Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq

Gündəm / Dünya

19-07-2025, 09:22

Tramp: Ermənistan və Azərbaycan sülh razılaşmasına yaxındır

Gündəm / Dünya

29-05-2025, 10:12

Ərdoğan ABŞ-yə səfər edə bilər

Gündəm / Dünya

6-11-2024, 12:57

Trampı ilk onlar təbrik etdi - Siyahıda Zelenski də var

Gündəm / Dünya

16-05-2024, 19:45

Türkiyə Prezidenti: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 17:30
    İtaliyanın ən uzun çayı quruyur
  • Dünən, 17:00
    Aviareysləri bərpa edirlər
  • Dünən, 15:21
    UFC Şöhrət Zalının üzvü Maykl Bispinq Bakıdakı turnirin şərhçilərindən biri olacaq
  • Dünən, 14:35
    Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
  • Dünən, 12:10
    Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
  • Dünən, 11:50
    Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
  • Dünən, 11:19
    Ukrayna Qara dənizdə Rusiya katerinin vurulduğunu açıqlayıb
  • Dünən, 10:23
    DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib
  • Dünən, 09:49
    FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  • 26-06-2026, 18:07
    Zakir Həsənov yeni istifadəyə verilən idman zalında və Baş Klinik Hospitalda yaradılan şəraitlə tanış olub
  • 26-06-2026, 17:37
    Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik edib
  • 26-06-2026, 13:04
    Həftəsonu Bakı və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 26-06-2026, 12:15
    Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 26-06-2026, 11:46
    Qüdrətin və Qürurun Təcəssümü - Azərbaycan Silahlı Qüvvələrinin Şanlı Salnaməsi
  • 26-06-2026, 11:15
    Azərbaycan neftinin qiyməti 1 %-dən çox artıb
  • 26-06-2026, 10:22
    Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir
  • 26-06-2026, 09:40
    Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • 26-06-2026, 09:15
    Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
  • 26-06-2026, 08:53
    Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
  • 25-06-2026, 18:00
    Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək
  • 25-06-2026, 17:35
    XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir
  • 25-06-2026, 17:02
    Həftəsonu Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
  • 25-06-2026, 16:42
    İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib
  • 25-06-2026, 16:17
    İfşa olunan Fransa: Rəsmi Paris və deputatların cani erməni sevdası – ŞƏRH
  • 25-06-2026, 13:10
    Sabahın hava proqnozu açıqlanıb
  • 25-06-2026, 12:42
    Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
  • 25-06-2026, 12:11
    SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
  • 25-06-2026, 11:35
    İlham Əliyev sloveniyalı həmkarını təbrik edib
  • 25-06-2026, 10:58
    Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"
  • 25-06-2026, 10:16
    Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir
  • 25-06-2026, 09:32
    Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir
  • 25-06-2026, 08:57
    Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB
  • 24-06-2026, 18:14
    Əli Əsədov Numan Kurtulmuşla görüşüb
  • 24-06-2026, 17:41
    "Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb
  • 24-06-2026, 17:06
    Kubada Venesuela variantına hazırlıq – "Azadlıq adası"nın "halına yanan gərək" - ŞƏRH
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə