"Vaqner" muzdlu hərbi birləşməsinin yaradıcısı Yevgeni Priqojinə məxsus olan "Concord-M" şirkətinin yeni sahibinin kim olduğu məlum olub.
Bu barədə Rusiya KİV məlumat yayıb.
Şirkətin sahibi Roman Kozlov adlı şəxsdir. Onun haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Priqojin 2007-ci ildə "Concord-M"i təsis edib. O vaxtdan bəri şirkət tenderlərdən 900 milyon rubldan çox gəlir əldə edib.